Azərbaycan Ukraynaya humanitar yardımları davam etdirəcək

post-img

“Müharibə dönəmində Azərbaycan Ukraynaya humanitar yardımlarını davam etdirir. Bu dəstəyə görə, Azərbaycan dövlətinə, Prezident İlham Əliyevə təşəkkür edirəm”. Bu sözləri Ukraynanın daxili işlər nazirinin müavini Boqdan Drapyatıy Azərbaycanın bu ölkədəki səfiri Seymur Mərdəliyevlə görüşündə söyləyib.

Ukrayna DİN rəhbərinin müavini qeyd edib ki, onun ölkəsi Azərbaycanın bu yardımlarını yüksək qiymətləndirir: “Bu, münasibətlərimizin strateji xarak­terinin daha bir göstəricisidir”.

Azərbaycanın göstərdiyi humanitar yardımlar haqqında məlumat verən səfir S.Mərdəliyev, öz növbəsində qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna dövlətinə elekt­rik avadanlıqları üçün 7,6 milyon dollar ayrılması haqqında sərəncam imzala­yıb. Azərbaycan Ukraynaya humanitar yardımı genişləndirməyə davam edə­cək.

Tibbi və psixoloji reabilitasiya məqsədilə Azərbaycana ukrayna­lı uşaqların göndərildiyini vurğulayan S.Mərdəliyev göstərilən humanitar yar­dımların səmimi olduğunu, uşaqların sosial reabilitasiyası proqramlarının davam edəcəyini bildirib.

“Xalq qəzeti”

Son xəbərlər