BNN: “Azərbaycan Özbəkistanın beynəlxalq iqtisadiyyata qapısıdır”

post-img

Dənizə çıxışı olmayan Özbəkistan körpü rolunu oynayan Azərbaycan sayəsində dünya iqtisadiyyatına inteqrasiya məqsədlərinə çatır.

Bu barədə “BNN Breaking” nəş­rində dərc olunan “Avropaya doğru addım: Azərbaycan Özbəkistanın bey­nəlxalq iqtisadiyyata qapısı kimi” adlı məqalədə deyilir.

Qeyd olunub ki, son illər Azərbay­canla Özbəkistan arasında iqtisadi əməkdaşlıq getdikcə daha strateji xa­rakter alıb: “Özbəkistan Azərbaycanı Avropaya çıxış əldə etmək üçün əsas ölkə kimi nəzərdən keçirir. Söhbət Çin-Özbəkistan-Türkmənistan və Qa­zaxıstan-Azərbaycan marşrutu üzrə məhsulların Avropa bazarına tədarü­kündən gedir”.

Məqalədə bildirilib ki, iki ölkə ara­sında əməkdaşlığın ən mühüm as­pektlərindən biri hər hansı kommersiya fəaliyyətinin əsasını təşkil edən logis­tikanın inkişafıdır: “Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində yerləşən Azərbaycan Özbəkistana coğrafi üs­tünlük verir. Özbəkistan müəssisələri Azərbaycandan keçən nəqliyyat dəh­lizləri vasitəsilə öz mallarının Avropa bazarlarına daha sürətli və sərfəli şərt­lərlə çatdırılmasını təmin edə bilər”.

“Xalq qəzeti”

Siyasət