İcma: Fransa ikili standartlar siyasətindən çəkinməlidir

post-img

Qərbi Azərbaycan İcması Fransanın bir sıra şəhər və regionlarından toplanmış “yardım”dan ibarət yükmaşınının Ermənistanın Azərbaycanla razılaşdırmadan “humanitar yük” adı altında Qarabağa göndərmək istədiyi avtomobil karvanına qoşulmasını pisləyir. Bu barədə İcmanın bəyanatında deyilir.

“İslamofobiyanın və Azərbaycano­fobiyanın tüğyan etdiyi və son vaxt­lar Afrika qitəsində bir-birinin ardınca sarsıdıcı məğlubiyyətlərə uğrayan Fransa Cənubi Qafqaz regionunda gərginliyi artırmaq, onu geosiyasi rəqa­bət məkanına çevirmək istəyir. Qərbi Azərbaycan İcması Fransa şəhərləri­ni və regionlarını bu kimi ucuz və gü­lünc əməllərdən, beynəlxalq hüquqa həqarət olan ikili standartlar siyasətin­dən çəkinməyə çağırır”, – bəyanatda vurğulanır.

Siyasət