Azərbaycanın XİN rəhbərinin telefon danışıqları

post-img

Dünən xarici işlər naziri Ceyhun Bayramov ilə Şimali Makedoniyanın xarici işlər naziri və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri Buyar Osmani arasında telefon danışığı olub.

Telefon danışığı zamanı ATƏT çərçivəsində əməkdaşlıq məsələlə­ri, Azərbaycan və Şimali Makedoniya arasında ikitərəfli və çoxtərəfli əmək­daşlıq gündəliyi, Azərbaycan-Ermənis­tan sülh prosesi və bölgədə mövcud vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov Ermə­nistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı artan təxribatların sülh prosesinin irəliləmə­sinin qarşısının alınmasına hesablan­dığını diqqətə çatdırıb. Xüsusilə, Er­mənistanın bölgədə sabitliyin bərqərar edilməsi, erməni sakinlərin Azərbay­can cəmiyyətinə reinteqrasiya səylə­rinə təhdid törədən Laçın sərhəd-keçid məntəqəsinə qarşı törətdiyi təxribatla­rının bu ölkənin sülh prosesində ma­raqlı olmadığını göstərdiyi bildirilib.

Ceyhun Bayramov Ermənistanın “bölgədə gərgin humanitar vəziyyət”, “blokada” kimi iddialar irəli sürməsinin heç bir əsasının olmadığını, ermə­ni sakinlərin tələbatlarının ödənməsi üçün tərəfimizdən təklif olunan “Ağ­dam-Xankəndi” yolunun fəaliyyətinə maneələr törədilməsinin də məsələnin Ermənistanın təqdim etdiyi kimi huma­nitar xarakterli deyil, siyasi olduğunu nümayiş etdirdiyini diqqətə çatdırıb.

Ermənistanın 30 ilə yaxın hərbi iş­ğalının, postmünaqişə dövründə isə beynəlxalq hüquq normalarına və öh­dəliklərinə zidd olaraq Laçın yolundan hərbi məqsədlər, təbii resurslarımızın Ermənistana daşınması, mina təhdidi­nin davam etdirilməsi məqsədilə istifa­də etməsinin qəbuledilməzliyi, bu təx­ribatçı addımların qarşısının alınması üçün Laçın sərhəd-buraxılış məntəqə­sinin əhəmiyyəti nazir C.Bayramov tərəfindən qeyd olunub.

Telefon danışığı zamanı, həmçi­nin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Avqustun 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim arasında telefon da­nışığı olub. 

Nazir Ermənistanın bölgədə vəziy­yəti qəsdən gərginləşdirdiyini, müxtəlif bəhanələrlə, habelə “blokada” və “hu­manitar böhran” kimi iddialar yaymaq­la sülh prosesinə maneçilik törətdiyini bildirib. Bununla yanaşı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialarının, Azərbaycan ərazilərindən hələ də tam olaraq er­məni silahlı qüvvələrini çıxarmaqdan imtina etməsinin və ölkəmizin daxili işlərinə qarışmasının qəbuledilməz ol­duğunu vurğulayıb. 

Ermənistanın Azərbaycanın öz suveren ərazilərində yaratdığı Laçın sərhəd-buraxılış məntəqəsinə qarşı təxribatları davam etdirdiyi, buna bax­mayaraq, ölkəmizin erməni sakinlərin hər iki istiqamətdə keçidi üçün şərait yaratdığını xatırladıb.

Q.QASIMOV,
“Xalq qəzeti”

Son xəbərlər