Azərbaycan MN: Hərbi hissələrin hərtərəfli təminatına xüsusi diqqət yetirilir

post-img

Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordunun maddi-texniki təminatı yüksək səviyyədə təşkil olunub.

Bu barədə qəzetimizə Müdafiə Na­zirliyindən məlumat verilib.

Bildirilib ki, ən son texnologiyaya əsaslanan avadanlıqlarla təchiz olun­muş qazanxanalar sayəsində şəxsi heyət daimi isti su ilə, eləcə də cama­şırxanalarda quraşdırılan paltaryuyan və quruducu maşınlar vasitəsilə istə­nilən vaxt təmiz paltar və yataq dəstləri ilə təmin edilir: "Şəxsi heyətin düzgün və keyfiyyətli qidalanması ən vacib məsələlərdən biridir. Bunun üçün hər­bi hissələrin yeməkxanalarında hər bir şərait yaradılıb”. 

Hərbi qulluqçuların xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili və aparılması üçün zəruri olan təminat məsələləri daima diqqət mərkəzində saxlanılır", – məlumatda qeyd olunub.

“Xalq qəzeti”

Ordu