Zakir Həsənovdan Yaşar Gülerə başsağlığı

post-img

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Başsağlığında deyilir: “Bölgədə­ki terror təhlükəsini zərərsizləşdirmək, ərazidə yaşayan mülki insanları terror hücumlarından və təhdidlərindən qoru­maq məqsədilə qardaş Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Pen­çe-Kilit” antiterror əməliyyatlarının apa­rıldığı bölgədə şanlı türk ordusunun hərbi qulluqçularının şəhid olması və yaralanması xəbərləri məni çox kədər­ləndirdi.

Sizin kədəriniz bizim də kədərimizdir.

Şəhid hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə baş­sağlığı verirəm. Bütün yaralılara Tanrı­dan şəfa diləyirəm.

Allah rəhmət eləsin”.

Son xəbərlər