Ceyhun Bayramov Litvanın ölkəmizdəki səfiri ilə görüşüb

post-img

Dünən xarici işlər naziri Ceyhun Bayramov Litvanın Azərbaycandakı səfiri Eqidius Navikası ölkəmizdəki diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

Nazir Ceyhun Bayramov, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbay­can və Litva arasındakı münasibətlərin inkişafı istiqamətində göstərdiyi səylərə görə səfir Eqidius Navikasa təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Nazir Ceyhun Bayramov postmü­naqişə dövründə bölgədə mövcud və­ziyyət, Azərbaycan və Ermənistan ara­sında normallaşma prosesi barədə qarşı tərəf məlumatlandırıb. Cari ilin iyunun 15-də Laçın sərhəd-buraxılış məntəqə­sinə qarşı sərhədçimizin yaralanması ilə nəticələnmiş təxribat törədən Ermə­nistanın ölkəmiz ilə razılaşdırmadan ərazilərimizə “humanitar yük” adı altında konvoylar göndərməsinin beynəlxalq ic­timaiyyəti yanlış yönləndirməyə hesab­lanmış növbəti təxribat olduğu diqqətə çatdırılıb. Erməni sakinlər üçün daha çox məhsulların tədarükü üçün tərəfimizdən “Ağdam-Xankəndi” yolundan istifadə ilə bağlı təklifin rədd olunmasının məsələnin humanitar deyil, tamamilə siyasi xarakter daşıdığını göstərdiyi vurğulanıb.

Səfir Eqidius Navikas səmimi qəbula görə nazir Ceyhun Bayramova təşəkkür edib. 

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

Son xəbərlər