Laçın yolu ilə bağlı reallığı bilərəkdən təhrif edən Okampo

post-img

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan əleyhinə qərəzli hüquqi hesabatın müəllifi olan vəkil Luis Moreno Okamponun qeyri-qanuni fəaliyyətini ifşa edib. Bununla bağlı Hikmət Hacıyev "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

H.Hacıyev qeyd edir ki, Beynəlxalq Cinayət Məhkəməsində baş prokuror vəzifəsində çalışarkən dünyanın ən bədnam vergi sığınacaqlarında yer­ləşən şirkətləri idarə edib.

"İrəvanda Okamponu Ermənistanın eks-prezidenti, Xocalı soyqırımını törə­dən hərbi cinayətkar, səhra komandiri Serj Sarkisyanın özü qarşılayıb. "Euro­pean Investigative Collaborations" şə­bəkəsi Moreno Okamponun Liviyada hərbi cinayətkarları dəstəkləməkdə şübhəli bilinən müştərisinin olduğunu bildirirdi.

Bu cür qaranlıq keçmişə malik olan şəxs öz qərəzli hesabatında Bey­nəlxalq Ədalət Məhkəməsinin qərarla­rını və Laçın yolunun fəaliyyəti ilə bağlı real vəziyyəti bilərəkdən təhrif edir, ciddi səhvlərə yol verir. Sadəcə "Şərh­siz"!", - deyə H.Hacıyev bildirib.

H.Hacıyevin istinad etdiyi "Me­diaPart"ın məqaləsinə əsasən, Luis Moreno Okampo onun ofşor maliyyə fəaliyyəti ilə bağlı suala cavabında Beynəlxalq Cinayət Məhkəməsindəki maaşının onun üçün "kifayət olmadığı­nı" bildirib.

"15 avqust 2012-ci ildə, Luis More­no Okampo Haaqadakı Beynəlxalq Ci­nayət Məhkəməsinin baş prokuroru və­zifəsindən istefa verdikdən cəmi iki ay sonra onun Niderlanddakı "Abn Amro" bank hesabına 50 min dollar məbləğin­də vəsait köçürülüb.

Baş prokurorun örnək ola bilməsi­nin əsas səbəbi isə Beynəlxalq Cinayət Məhkəməsinin dünyanın ən qəddar kütləvi qətllər törədənləri təqib etməsi­dir. Bunlar istər insanlığa qarşı cinayət, istərsə də soyqırım törətməkdə şübhəli bilinən yüksək rütbəli kişilər və qadın­lar, dövlət başçıları, hərbi rəhbərlər, ca­suslar və başqalarıdır", - deyə məqalə­də bildirilir.

Siyasət