Nil Vatson: Ankara ilə İrəvan arasında əlaqələrin normallaşmasının yolu Bakıdan keçir

post-img

“Ermənistan həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərin normallaşmasına nail olmaq üçün aqressiv ritorikanı yumşaltmalı və keçmişdə, xüsusən də Birinci Qarabağ müharibəsi zamanı törətdiyi cinayətlərə görə üzr istəməlidir”. Bunu britaniyalı politoloq və jurnalist Nil Vatson deyib.

Politoloq qeyd edib ki, Ermənistan hakimiyyəti dərk etməlidir ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaş­ması ölkənin regionun bir hissəsi kimi inkişafı və müstəqil dövlət kimi formalaş­ması üçün vacibdir: “Ermənistan buna nail olmaq üçün nümayiş etdirməlidir ki, onun ən böyük müttəfiqləri olan Rusiya və İranın “himayəsindən” çıxır. Belə ki, onlar Ermənistanın maraqlarına məhəl qoymayaraq, faktiki olaraq öz maraqları­nı güdürlər”.

Siyasət