Gürcüstanda təbii fəlakət qurbanlarının sayı 16-ya çatıb

post-img

Gürcüstanın qərbindəki Şovi bələdiyyəsi ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı yenidən artıb. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.


Bildirilib ki, daha bir nəfərin cəsədi torpağın altından çıxarılıb. Bununla da torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 16-ya çatıb. 24 nəfərin axtarışı isə davam edir. Həlak olanların 7-sinin kimliyi artıq müəyyən olunub.


“Xalq qəzeti”

Son xəbərlər