Füzuliyə də qayıdış başlayır

post-img

Dünən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirib.

Püşkatmada 144 ailə ( 509 nəfər) iş­tirak edib və onlara verilən evlərin dəqiq ünvanı müəyyənləşdirilib. Ailə tərkibinə uyğun olaraq, keçmiş məcburi köçkün­lərdən 51-i ikiotaqlı, 76-sı üçotaqlı, 17-si dördotaqlı mənzil ilə təmin olunub. Hə­min ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində ya­şayıblar.

Püşkatmada iştirak etmiş ailələr qısa müddətdə Füzuli şəhərinə yola salına­caqlar. 

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Sosial həyat