Hakan Fidan Entoni Blinkenlə Azərbaycan–Ermənistan arasında normallaşma prosesini müzakirə edib

post-img

Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.

Bu barədə Türkiyə Xarici İşlər Nazir­liyindən bildirilib.

Qeyd olunub ki, nazirlər Cənubi Qafqazda baş verən proseslər və bu kontekstdə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, “Taxıl sazişi”nin bərpası, Qara dənizdə təh­lükəsizliyin təminatı və NATO-nun ge­nişlənməsini müzakirə ediblər.

Son xəbərlər