XİN-in sözçüsü: Azərbaycana qarşı qərəzli çağırışlar Fransanın siyasətinin yanlış olduğunu göstərir

post-img

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Laçın yolu ilə bağlı 27 iyul tarixli bəyanatında Azərbaycanın Laçın yolunu blokadada saxladığı barədə iddiasını qətiyyətlə rədd edirik.

Bu barədə Xarici İşlər Nazirliyinin mət­buat katibi Ayxan Hacızadənin həmin bə­yanata dair şərhində qeyd olunub. 

A.Hacızadə bildirib ki, Azərbaycan tərəfinin sərhəddə nəzarət və şəffaflıq tətbiq etməklə, Laçın yolundan qeyri-qa­nuni məqsədlərlə istifadənin qarşısının alınması, yoldan sui-istifadə hallarına yol verilməməsi ilə bağlı öhdəliyi və səlahiy­yəti mövcuddur.

Bu səylərə baxmayaraq, Ermənistan tərəfi yenə də təxribatlardan əl çəkməyib, buraxılış məntəqəsinə atəş açıb, qaçaq­malçılığa cəhd göstərib və Azərbaycanın icazəsi olmadan əraziyə yük avtomo­billəri göndərməyə çalışıb. Azərbaycan tərəfi bu təxribatlara baxmayaraq, yenə də Beynəlxalq Qırmızı Xaç Komitəsi va­sitəsilə erməni sakinlərin məntəqədən keçidinə şərait yaradıb. Böyük həcmdə yüklərin əraziyə daşınması üçün isə Ağ­dam-Xankəndi daxil olmaqla alternativ yollar təklif edib.

Bütün bu məsələlər kontekstində, Fransa tərəfinin yenə də Ermənistanın təxribatlarına qarşı susqunluq sərgiləməsi və Azərbaycana qarşı qərəzli şəkildə ça­ğırışlar etməsi Fransa tərəfindən həyata keçirilən siyasətin yanlış olduğunu nüma­yiş etdirir.

Siyasət