Milli Məclisin Ermənistanın təxribatları ilə bağlı xarici ölkələrin parlamentlərinə müraciəti

post-img

Dünən Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri xarici ölkələrin parlamentlərinə müraciət ünvanlayıblar.

Müraciətdə Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı qüvvələ­rinin müvəqqəti yerləşdirildiyi ərazilər­də yaşayan erməni milliyyətli sakinlərin, guya, ərzaq və dərman çatışmazlığı ilə üzləşməsi barədə son dövrdə yayılan məlumatların beynəlxalq ictimaiyyəti çaş­dırmağa yönələn, Azərbaycan Respubli­kasının ərazi bütövlüyünü və suverenliyi­ni hədəf alan siyasi manipulyasiya olduğu bildirilir. 

Qeyd olunur ki, Xankəndi şəhərinə və ətraf kəndlərə humanitar yüklərin da­şınması üçün Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolunun separatçılar tərəfindən bağlanması bu kampaniyanı başlatmış qüvvələrin həqiqi niyyətlərin­dən xəbər verir. Bildirilir ki, məqsəd Qara­bağın erməni sakinlərinin Azərbaycan cə­miyyətinə yenidən inteqrasiya etməsinin qarşısını almaq və ya bu prosesi müm­kün qədər uzatmaqdır.

Müraciətdə vurğulanır ki, Ermənistan rəhbərliyi Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını dəfələrlə bəyan etmişdir, odur ki, etnik ermənilər üçün ərzağın və digər məhsulların Ermənistandan gəti­rilməsinə zərurət yoxdur. Laçın yolu ilə bağlı vəziyyətə gəlincə, bu yol da Azər­baycanın suveren ərazisinin tərkib hissə­sidir və ona görə də Azərbaycan öz ərazi­sində, öz vətəndaşlarının istifadəsi üçün sərhəd-keçid məntəqəsi təsis etmişdir. 

Bildirilir ki, Beynəlxalq Ədalət Məh­kəməsinin son qərarında da Azərbayca­nın bu hüququ təsbit olunmuşdur. Bunu həzm edə bilməyən Ermənistan tərəfin­dən Azərbaycan sərhədçisinə atəş açıl­ması, dövlət bayrağımıza qarşı təxribat törədilməsi, Laçın yolundan sui-istifadə hallarının davam etməsi səbəbindən Laçın yolundan istifadəyə məhdudiyyət törədən tərəf məhz Ermənistandır. Er­mənistan tərəfi həqiqətən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirsə, Ağ­dam-Xankəndi yolundan yüklərin daşın­masına etiraz etməməli və reinteqrasiya prosesinə mane olmamalıdır.

Müraciətin sonunda qeyd olunur ki, şərh edilənlərlə əlaqədar beynəlxalq ic­timaiyyət də məsuliyyətli yanaşma nü­mayiş etdirməli, Ermənistan tərəfinin manipulyasiyalarına aldanmamalı və konstruktiv dialoqa sadiqlik göstərməyin zəruriliyini Ermənistana izah etməlidir.

“Xalq qəzeti”

Siyasət