Xarici işlər nazirləri arasında telefon danışığı olub

post-img

İyulun 27-də xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xid­məti idarəsindən bildirilib ki, nazirlər ikitərəfli və regional gündəlikdə duran məsələlər, eləcə də postmünaqişə döv­ründə bölgədə vəziyyət üzrə fikir müba­diləsi aparıblar.

Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri ara­sında keçirilmiş son görüşdən irəli gələn məsələlər müzakirə edilib, ümumilikdə son aylarda yüksək səviyyədə keçirilmiş görüşlərin və qurumlararası təmasların münasibətlərin inkişafı istiqamətinə verdi­yi töhfə yüksək qiymətləndirilib.

Xüsusilə, İranın xarici işlər naziri Hü­seyn Əmir-Abdullahian ölkəmizdə iyul ayının əvvəli keçirilən Qoşulmama Hərə­katının Əlaqələndirici Bürosunun nazirlər iclasında iştirak məqsə­dilə ölkəmizə səfəri çərçivəsində, Azərbaycan Respublikasının Pre­zidenti İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayıb.

Telefon danışığı zamanı, iqti­sadiyyat və nəqliyyat sahəsində əldə edilmiş ikitərəfli və regional razılıqların icrasının vacib olduğu bildirilib.

Nazir Ceyhun Bayramov Azər­baycanın postmünaqişə dövründə atdığı addımlardan bəhs edib. Bununla yanaşı, son zamanlar Laçın yolu ətra­fında və bölgədə humanitar vəziyyət ilə bağlı yayılan iddiaların siyasi manipulya­siyadan başqa bir şey olmadığı diqqətə çatdırılıb. Ermənistan tərəfinin bölgədə təxribatlara son qoymasının, Azərbay­canın ərazi bütövlüyü və suverenliyinə sözdə və əməldə hörmət etməsinin zəruri olduğu vurğulanıb.

İslam həmrəyliyi məsələsinə toxunan nazir Ceyhun Bayramov, həmçinin son zamanlar bəzi Skandinaviya ölkələrində “Qurani-Kərim”ə qarşı baş verən nalayiq hərəkətlərin Azərbaycan tərəfindən qətiy­yətlə pisləndiyini, bu kimi İslam dinini hə­dəfləyən addımlardan çəkinmənin vacib olduğunu diqqətə çatdırıb.

Siyasət