Hikmət Hacıyev Ermənistan parlamentinin sədrinə cavab verdi: Ağdam-Xankəndi yolu açıq və işləkdir!

post-img

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan parlamentinin sədri Alen Simonyana cavab verib.

“Xalq qəzeti” xəbər verir ki, Hikmət Hacıyev "Twitter" hesabında Simonyanın ittihamına cavab verib.

“Ermənistanın siyasi rəhbərliyi sözlə oynamaq əvəzinə, Laçın yolu ətrafında beynəlxalq ictimaiyyəti aldatmağa yönəl­miş manipulyasiya, dezinformasiya və yanlış məlumatlandırma oyunlarına, təb­liğat kampaniyasına son qoymalıdır! Ağ­dam-Xankəndi yolu açıq və işləkdir!”, – Hikmət Hacıyev paylaşımında qeyd edib.

Siyasət