Özbəkistanın Baş naziri azərbaycanlı həmkarını ölkəsinə rəsmi səfərə dəvət edib

post-img

İyulun 18-19-da ölkəmizdə rəsmi səfərdə olan Özbəkistanın Baş naziri Abdulla Aripov səfərinin nəticələri ilə bağlı Azərbaycanın Baş naziri Əli Əsədova məktub ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətin­dən verilən məlumata görə, məktubda qeyd edilir ki, səfər zamanı Özbəkistan nümayən­də heyəti uğurla həyata keçirilən dəyişikliklər sayəsində Azərbaycan Respublikasının bütün sahələrdə inkişaf etdiyinin şahidi olub.

Prezident İlham Əliyevlə keçirilən görüş zamanı iki ölkə arasında mövcud olan dostlu­ğun və qardaşlıq münasibətlərinin möhkəm­ləndirilməsi və daha yüksək səviyyəyə çat­dırılması ilə bağlı Azərbaycan və Özbəkistan liderlərinin yüksək əzmkarlığının hiss olundu­ğu vurğulanıb.

Bildirilib ki, Bakı şəhərində yüksək səviy­yədə təşkil olunmuş tədbirlər, gündəlikdə du­ran aktual məsələlər, aparılmış açıq və səmimi danışıqlar Azərbaycanla Özbəkistan arasında çoxplanlı qarşılıqlı faydalı strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişafına xidmət edəcək.

Nəqliyyat və logistika, energetika, sənaye kooperasiyası, kənd təsərrüfatı, mədəni-hu­manitar əməkdaşlıq və digər sahələrdə əldə edilmiş razılıqların iki qardaş xalqın rifahı naminə ardıcıl həyata keçiriləcəyinə əminlik ifadə olunub.

Səfər çərçivəsində Füzuli şəhərində apa­rılan tikinti işləri ilə də tanış olduqlarını qeyd edən Özbəkistanın Baş naziri bu şəhərin yaxın illərdə Azərbaycanın ən maraqlı və gözəl yer­lərindən birinə çevriləcəyini bildirib.

A.Aripov, həmçinin Azərbaycanın Baş nazirini Özbəkistana rəsmi səfərə dəvət edib.

“Xalq qəzeti”

Son xəbərlər