Ağıldan bəlanın fəsadları

post-img

Məğlubların öz aralarında müqəssir axtarması təbiidir, amma... 

...Hayların təqsirsizi olmur. Hətta, əli müsəlman qanına bulaşmamış ermənilər belə hamılıqla “miatsum” epidemiyasına yoluxur və bu faktın özü cinayət əməlinə bərabər tutula bilər. 

44 günlük müharibədə məğlubiyyətin səbəblərini araşdıran istintaq komissiya­sı hökumətin silah-sursata xərclədiyi və­saitin şəffaflığını yoxlayır. Hayastan par­lamentindəki “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan hələ müharibəyə qədər büdcədən ordunun silahlanmasına ayrılmış 608 milyard dramın hara “uçdu­ğu” barədə yazıb. O, bununla bağlı mü­dafiə nazirliyinə rəsmi sorğu göndərdiyi­ni, 2018-2020-ci illərdə hansı silahların, nə miqdarda və hansı qiymətə alındığını aydınlaşdırmaq istədiyini ərz edir. Amma, bildirir ki, nazirlik bir aydan çoxdur onun sorğusuna cavab vermir. Abramyan, əs­lində, problemin nazirliyin “məxfi informa­siyanın” açıqlanmasını istəməməsində deyil, hökumətin verdiyi əmrlə bağlı ol­duğunu deyir. “Şərəfim var”ın katibi qeyd edir ki, 2018-2020-ci illərdə Paşinyan hö­kumətinin böyük həcmli sövdələşmələri “Su-30” qırıcı təyyarələrinin və İordani­yadan “Osa-AK” HHM komplekslərinin satın alınması ilə bağlıdır. 

Abramyan iddia edir ki, həmin dövrdə hökumətin bəyan etmədiyi digər satın-almalar da olub və o vəsait baş nazirin təqdim etdiyi rəqəmlərdə öz əksini tap­mayıb. Hayastan parlamentinin üzvünün gəldiyi qənaət maraq doğurur: komissi­yada elan olunan rəqəmlərin reallığa heç bir aidiyyəti yoxdur, yaxud, bir qayda ola­raq, manipulyativ xarakter daşıyır. Yəni, bütün bu fəaliyyət imitasiyadan başqa heç nə deyil. Erməni deputat bir az da irəli gedərək soydaşlarının, ümumiyyətlə, onilliklər boyu “Böyük Ermənistan”, “Dağ­lıq Qarabağ”, “erməni soyqırımı” uğrunda apardığı mübarizəsini sadəcə, imitasiya hesab edir. Buna görə də bu gün saxta, yalançı mübarizənin fəsadlarını yaşadıq­larını etiraf edən Abramyan hazırkı haki­miyyət üçün də böyük miqdarda dezinfor­masiyanın cəmiyyətə üfürülməsinin vacib amil olduğunu yazır: “Guya onlar təslim olmamaqdan ötrü əllərindən gələn hər şeyi etdilər, amma alınmadı”. 

Bəli, mübarizəni imitasiya etməyin bədəli ağır olur, Tiqran Abramyan! Düz yazırsan, belə saxtakarlıq böyük əra­zilərin, çoxlu insan həyatının itirilməsinə gətirib çıxarır. Amma bundan daha betəri mübarizəni imitasiya edən xalqın sağ­lam düşüncədən məhrum olması, ağlını itirməsidir. Təəssüf ki, sənin təmsilçisi olduğun millət neçə əsrdir yoluxduğu və sağalmaz mərəzə çevrilmiş ağıldan-bəla­dan əziyyət çəkir. Adamın Allah şəfanızı versin deməyə də dili gəlmir... 

İ.HƏSƏNQALA, “Xalq qəzeti”

Siyasət