Delimitasiya üzrə komissiyaların dördüncü görüşü

post-img

İyulun 12-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın dördüncü görüşü keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildi­riblər ki, tərəflər Azərbaycanın və Ermənistanın rəh­bərləri səviyyəsində müxtəlif formatlarda əldə edilən razılaşmaları nəzərə alaraq, delimitasiya məsələlə­rinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.

Tərəflər, həmçinin komissiyaların növbəti görüşü­nün keçirilməsinin tarixi və yerini işçi qaydada müəy­yən etmək barədə razılığa gəliblər.

“Xalq qəzeti”

Siyasət