Kreml Azərbaycan rəhbərliyinin idmanın siyasiləşdirilməməsi ilə bağlı mövqeyini yüksək qiymətləndirir

post-img

Moskva idmanın siyasiləşdirilməsinin yolverilməz olduğunu dəfələrlə bəyan edib və Azərbaycan rəhbərliyinin oxşar mövqeyini yüksək qiymətləndirir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ru­siya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Biz Azərbaycan rəhbərliyinin mövqe­yini yüksək qiymətləndiririk, bunu bölü­şürük. Biz idmanın siyasiləşdirilməsinin yolverilməz olduğunu dəfələrlə bəyan etmişik", - deyə Kremlin sözçüsü bildirib.

Qeyd edək ki, Qoşulmama hərəka­tının Bakıda keçirilən nazirlər iclasında Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə hərəkata üzv ölkələrin 2024-cü ildə Parisdə keçiriləcək Olim­piya və Paraolimpiya oyunlarının siyasi neytrallıq şəraitində keçiriləcəyini gözlə­dikləri barədə Bəyannamə qəbul olunub.

Siyasət