“İrəvan hansısa güzəştlər qoparmağa çalışır”

post-img

Caliber.Az saytı rusiyalı hərbi ekspert Aleksandr Xramçixindən Qarabağla bağlı sülh danışıqlarının dinamikası, nizamlama prosesində Moskva, Brüssel və Vaşinqton amilləri, son vaxtlar ermənilərin güclənən müharibə ritorikası ətrafında fikirlərini öyrənib. Müsahibənin icmalını oxuculara təqdim edirik.

Azərbaycan–Ermənis­tan münasibətlərinin nizam­lanmasına dair Moskvada, Brüsseldə və Vaşinqtonda aparılan son danışıqların nəticələrinə toxunan tanın­mış hərbi ekspert Ermənis­tanın Qarabağı təhvil ver­məyə hazırlaşdığının aşkar göründüyünə diqqəti çəkir. Hazırda İrəvanın sadəcə olaraq, özü üçün hansısa minimal güzəştləri əldə et­məyə çalışdığını söyləyən A.Xramçixinin qənaətinə görə, Ermənistan hakimiy­yəti belə cəhdləri danışıq­ların aparıldığı hər üç plat­formada həyata keçirməyə çalışır və bu ənənə sülh di­aloqunun istər Rusiya, istər Avropa, istərsə də Amerika raundunda müşahidə edilir. 

“Sülh danışıqları əsas vasitəçilərin moderatorlu­ğu altında aparılan zaman tərəfdaşlar, öz maraqlarına uyğun olaraq davranışlar sərgiləyirlər. Bütün hallar­da Qərb bundan ötrü səy göstərəcək, Rusiya isə Er­mənistanın özündən artı­ğına çalışmayacaq. Yəni, əgər İrəvan Qarabağı təh­vil verməyi qərarlaşdırıbsa, Moskva nəyə görə buna mane olmalıdır?”, – deyən hərbi ekspert konkret müd­dət barədə proqnoz ver­məkdən yayınsa da, güman edir ki, bu, mütləq şəkildə baş verəcək. 

İrəvanın hələlik sülh dia­loqunu məqsədyönlü şəkil­də ləngitməyə çalışdığının şahidi olduğumuzu nəzərə çatdıran rusiyalı mütəxəs­sis Paşinyanın bir tərəfdən Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu açıq etiraf etdiyini, digər tərəf­dən isə Bakını “Laçın yo­lunun blokadası” kimi mifik cinayətdə ittiham etdiyini deyir. Ekspert Ermənistan baş nazirinin bu barədə heç danışmamasının qəribə gö­rünməsinə də eyham vurur. 

O, müsahibəsində Er­mənistanın İran və Hindis­tandan silah-sursat alma­sının daxili auditoriyaya hesablanması barədə suala belə aydınlıq gətirib: “Mənə elə gəlir ki, burada söhbət çoxlu və müasir silahların satın alınmasından getmir. Aydın məsələdir ki, 2020-ci ildə İkinci Qarabağ mü­haribəsindən sonra İrəvan iqtidarı kimi ordusu da çox acınacaqlı vəziyyətdədir. Onun düşdüyü məhz hərbi durumunu nəzərə alaraq deyirəm ki, yaranmış boşlu­ğu müxtəlif silahları almaqla doldurmağa çalışır. Amma hazırda Ermənistanın han­sısa revanş planlarından, müharibə istəyindən danış­mağa dəyməz. Bu mövzu­da söhbət sayıqlamadan başqa bir şey deyil”. 

Ermənistana Rusiya Federasiyasından da silah verilməsi ehtimalını istis­na etməyən A.Xramçixin bunun nə dərəcədə real olduğunu belə açıqlayıb: “Çox güman ki, bu, reallığa yaxındır. Amma bundan ötrü müəyyən şərait və hansısa şərtlər uyğun gəlməlidir. Bu halda niyə də olmasın? Görünür, bu da Moskvanın İrəvana təsir imkanlarına hesablanacaq. Hərçənd, mən Rusiya və Ermənistan arasında qarşılıqlı münasi­bətlərin hazırkı durumunun təfsilatını bilmirəm. Bütün bunlar pərdə arxasında baş verir. Fikrimcə, Paşinyan hakimiyyətə gələndən son­ra ikitərəfli münasibətlərdə müəyyən soyuqluq hökm sürür”. 

Rusiya–Ukrayna mü­naqişəsinə də toxunan hərbi ekspert hazırda bu müharibənin sonunun gö­rünmədiyini, hələ uzun müddət davam edə biləcəyi­ni də açıqlayıb. A.Xramçixin Birləşmiş Ştatların “Qoca qitə”nin özündən asılılığını daha da gücləndirməkdən ötrü Avropada yeni mühari­bə ocağını yaratmağa çalış­dığı barədə fərziyələrə belə aydınlıq gətirib:

“Avropanın ABŞ-dan as­lılığı, mənim fikrimcə, artıq yüz faizlik həddi də keçib. İndi Vaşinqtona tükənmək­də olan imkanlarını yeni hansısa müharibə ilə sına­ğa çəkmək qətiyyən lazım deyil. Yaranmış mövcud durumda Avropanın özünü Birləşmiş Ştatların tamamilə vassalına çevirməsi ona ki­fayət edir”.

Rusiyalı hərbi ekspertin həm də Ermənistanın re­vanşist qüvvələrinə xitabən dediyi sözlər Bakı üçün də əhəmiyyətlidir. Azərbaycan­da İrəvanın Üçüncü Qara­bağ savaşına girməyə cürət edəcəyinə inananlar azdır. Çünki Hayastanın həm si­yasi, həm də hərbi rəhbərli­yinin hazırki durumu bunun tamamilə əksini diktə edir... 

Hazırladı: İ.HƏSƏNQALA, “Xalq qəzeti”

Siyasət