Müstəmləkəçilik Fransanın üz qarasıdır

post-img

Müstəmləkəçilik, yaxud kolo­nializm bəşər tarixinin üz qarası, onu həyata keçirən ölkələrin ta­rixində, sözün əsl mənasında, si­linməz ləkədir. Tarixən dənizləri fəth edən, gəmiqayırmanın inkişaf etdiyi dövlətlər müstəmləkə əra­zilər ələ keçirmək uğrunda bir-biri ilə yarışıblar. Bunlar əsasən Fran­sa, Böyük Britaniya, İspaniya, Por­tuqaliya, Belçika, Almaniya, Nider­land, ABŞ, Rusiya, Yaponiya və İtaliya kimi dövlətlərdir.

İtalyan əsilli ispan dənizçisi və səyya­hı Xristofor Kolumbun 1492-ci ildə avro­palıların Amerika qitəsinə yolunu açması ilə başlayan və Fransanın timsalında bu günümüzədək davam edən müstəmləkə­çilik dövründə adları çəkilən dövlətlər ələ keçirdikləri əraziləri amansızcasına istismar edib, oradan təbii sərvətləri met­ropoliyalara (metropoliya müstəmləkələri olan dövlətin əsas ərazisinə deyilir-S.H.) daşıyıblar. Əldə edilən bol xammal və son dərəcə ucuz işçi qüvvəsi, daha doğ­rusu, qul əməyi sayəsində bu ölkələrin iqtisadiyyatı, sənayesi güclü inkişaf edib. Bu gün də onların iqtisadiyyatının güclü olması, əhalisinin zəngin yaşaması məhz müstəmləkə ərazilərin istismar edilməsi­nin nəticəsidir. Bəzi hallarda müstəmləkə ərazilər metropoliyaların ərazisindən qat-qat böyük olub. Məsələn, Belçika Krallığının Mərkəzi Afrikadakı koloniya­larının ərazisi Belçikanın özündən 77 dəfə böyük idi. Konqo isə (müasir Konqo Demokratik Respublikası) 1885-1908-ci illərdə kral II Leopoldun təsdiqlənmiş xü­susi mülkiyyəti hesab olunurdu. Bu kolo­niyanın istismarı Belçikada kapitalın top­lanmasının və sənaye inkişafının əsas mənbələrindən biri idi.

Ümumiyyətlə, bütün müstəmləkəçi dövlətlər koloniyalardan metropoliya­lara misilsiz var-dövlət, təbii sərvətlər daşıyıblar. Müstəmləkə ərazilərin əha­lisi isə soyqırımlarına, işgəncələrə, al­çaldılmalara, istismara məruz qalıb, qul kimi işlədilib, alınıb-satılıblar. Məsələn, az öncə adını çəkdiyimiz kral II Leopold kauçuk plantasiyalarında işləməyə məc­bur edilən milyonlarla konqolunun qətlinə görə tarixə “konqoluların qəssabı” kimi düşüb.

İkinci Dünya müharibəsinin başa çat­ması, bundan az sonra BMT-nin yaradıl­ması dünyada dekolonizasiya prosesinin başlanmasına səbəb olub. Proses zama­nı, demək olar ki, bütün keçmiş müstəm­ləkəçi dövlətlər öz müstəmləkələrindən imtina etməyə, onlara azadlıq verməyə və suveren hüquqlarını tanımağa məcbur olublar. Buna baxmayaraq, bir dövlət var ki, o, hələ də müstəmləkələrini əlindən buraxmaq istəmir. Bu, Avropa İttifaqının aparıcı dövləti olmağa iddialı, milli devi­zi “Azadlıq, bərabərlik, qardaşlıq” olan Fransa Respublikasıdır.

***

Coğrafiya kitablarında və internetdə Fransanın ərazisinin 551 500 kvadratki­lometr olduğu qeyd edilib. Yeri gəlmiş­kən, Fransa bu göstərici ilə Avropanın ərazisinə görə ən böyük ölkəsidir. Ancaq, əslində, “Beşinci Respublika”nın (1958-ci ildə qəbul edilmiş yeni Fransa Konsti­tusiyası ilə dövlət rəsmən bu cür adla­nır-S.H.) ərazisi bundan xeyli böyükdür. Yəni 1 milyon 111 min 155 kvadratkilo­metrdir. Bəs 559 655 kvadratkilometrlik fərq necə yaranıb? Fransanın qalan ərazisi harada yerləşir? Qalan ərazilər Fransanın müstəmləkə əraziləridir. Fran­sa XXI əsrdə müstəmləkə ərazilərə malik nadir ölkələrdəndir.

Fransanın əsas əraziləri qitədəki və Atlantik okeanındakı ən yaxın adaları, La-Manş boğazını və Aralıq dənizi sahi­lini (Korsika adası daxil olmaqla) əhatə edən onun Avropa hissəsidir. Bura Fran­sanın metropoliyasıdır. Parisin xaricdəki mülkləri hazırda formal olaraq koloniya statusuna malik deyil, çünki 1946-ci il Konstitusiyası ilə Fransa İmperiyasının adı dəyişdirilərək Fransız İttifaqı adlandı­rılıb və bütün müstəmləkələr orada cəm­ləşib. 

Bir vaxtlar nəhəng müstəmləkə im­periyasının qalıqları Fransanın xaricdəki müasir mülkləridir (xarici departamentlər, icmalar və xüsusi statusa malik inziba­ti-ərazi birləşmələri). Onlardan materikdə yalnız Fransız Qvianası yerləşir. Qalan­ların hamısı adalardır (Fransız Polinezi­yası, Martinika, Mayot və sair), həmçinin “sui generis” (xüsusi statuslu inzibati-əra­zi qurumu) ərazisi olan Yeni Kaledoniya adasıdır. Ümumilikdə, 13 müstəmləkə ərazinin sahəsi 559 655 kvadratkilometr, əhalisi isə 2 milyon 750 min nəfərdir. Fransız müstəmləkə dövrünün müasir mirası həm də fransızdilli ölkələrin birliyi – Frankofoniya Təşkilatıdır.

Fransa bu gün də həmin ərazilərə müstəqillik verməkdən boyun qaçırır. Müstəmləkə ərazilərin istismarını davam etdirir, oradakı milli azlıqların hüquqlarını tapdalayır. Həmçinin, başqa ölkələrin, o cümlədən, Azərbaycanın daxili işlərinə qarışır. Qarabağ iqtisadi rayonunda er­məni separatizmini qızışdırır, onların re­inteqrasiyasına mane olur.

***

Fransanın müstəmləkəçilik siyasəti yürütməsi, buna rəğmən ölkəmizin daxili işlərinə qarışmağa çalışması dekolo­nizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun iyulun 5-də Bakıda öz işinə başlayan nazirlər görüşündə əsas mü­zakirə mövzularından biri olub. Prezident İlham Əliyev çıxışı zamanı qeyd edib ki, neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Dövlətimizin başçısı bildirib ki, Fransanın Avropa­dan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıq­larıdır: “Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən, özünün digər dənizaşırı icma və ərazilə­rində yaşayan xalqların hüquqlarına hör­mət etməlidir...”

Cənab İlham Əliyev qeyd edib ki, özünü yalandan insan haqlarının və bey­nəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır. Onun sözlərinə görə, Fransa qoşunlarının bu yaxınlar­da Mali və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğu­nu bir daha göstərib: “Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində er­məni separatizmini dəstəkləyərək, geosi­yasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mən­fur təcrübəni tətbiq etməyə çalışır”.

Bəli, Fransa müstəmləkəçi dövlət ol­maqla yanaşı, həm də, islamofob və tür­kofob dövlətdir. Daxildəki irqi ayrı-seçkilik isə onun müstəmləkəçi siyasətinin dava­mıdır. İndi isə Prezident İlham Əliyevin dediyi kimi, bu mənfur təcrübəni Cənubi Qafqazda tətbiq etməyə çalışır. Amma Parisin bu arzusu gözündə qalacaq.

İlyas Hüseynov,
politoloq

– İmperiya keçmişi olan dövlətlər XX əsrdə müstəmləkəçilik siyasətin­dən əl çəkdilər. Onlar bunun nə qə­dər zərərli olduğunu anladılar. Digər tərəfdən, əsarət altında saxladıqları əraziləri istismar etmək, onların re­surslarını öz ümumi daxili məhsuluna çevirmək prosesindən böyük dövlətlər imtina etsələr də, Fransa bu gün də həmin siyasəti davam etdirir. Xüsu­silə, Afrika qitəsində bu talançılıq və təbii resursların vandalcasına istisma­rı müqabilində yerli əhalinin hüquq və imtiyazlarının tanınmaması, təhlükə­sizliklərinin təmin edilməməsi halları mövcuddur.

Digər tərəfdən, repressiv siyasət, amansızlıq, yerli əhaliyə divan tutul­ması və soyqırımı siyasətinin davam etdirilməsi də müşahidə olunmaqda­dır. Eyni zamanda, qeyd etmək la­zımdır ki, Fransa idarəçiliyi dövründə Əlcəzairdə 1,5 milyon insan soyqırı­mına məruz qalıb. Əlcəzairdə Fransa zülmünə qarşı üsyan qaldıran müca­hidlərin kəllə sümükləri hərbi qənimət kimi bu gün də Parisdəki Təbiət və İnsan Muzeyində nümayiş etdirilir. Bu, onu deməyə əsas verir ki, hələ də Fransada imperiya zehniyyəti, koloni­al təfəkkür və müstəmləkəçi yanaşma hakimdir. Rəsmi Paris dünyanın digər bölgələrinə də bu prizmadan yanaşır. Özünün təsir zonalarını, nüfuz dairələ­rini müəyyənləşdirir. Bu, tamamilə yol­verilməzdir.

Prezident İlham Əliyev iyulun 5-də Bakıda keçirilən Qoşulmama Hərəka­tının Əlaqələndirmə Bürosunun nazir­lər görüşündə çıxışı zamanı Fransanın müstəmləkəçilik siyasətinə diqqət yeti­rib və bu siyasəti ciddi tənqid edib. Bu, çox doğru yanaşmadır. Çünki Fransa parlamentinin hər iki palatasında, yəni həm Milli Assambleyada, həm də Se­natda vaxtaşırı irqi ayrı-seçkiliyi təşviq edən, qeyri-fransızlara nifrəti özündə əks etdirən çıxışlar edilir və bu irqi, dini, etnik, milli müstəvidə dözümsüz­lükdən xəbər verir. Əgər siyasətçilər belə edirlərsə, bu siyasi xətt, əlbəttə, media subyektlərində, internetdə də davam etdirilir. Bu cür tezislər daxildə də böyük problemlərə yol açır. Əlcə­zair əsilli 17 yaşlı Nahelin məhz polis zorakılığının qurbanı olması yeni so­sial partlayışa və əhalisinin 22 faizi qeyri-fransızlardan ibarət olan vətən­daşların üsyanına gətirib çıxardı.

Bu, Emmanuel Makronun pre­zidentliyi dövründə müstəmləkəçilik təfəkkürünün geniş intişar tapmasının nəticəsidir. Düşünürəm ki, Makron və onun komandası törədilən cinayət­lərə, soyqırımılarına görə üzr istəmə­lidir. Belə olan halda biz deyə bilərik ki, Fransa bu siyasətdən imtina edib. Təəssülər olsun ki, Makron nəinki törədilən cinayətləri etiraf etmir, on­lara görə üzr də istəmir. Hətta, bu siyasətin davam etdirilməsinin və bu cinayətlərə bəraət qazandırılması­nın tərəfdarı kimi çıxış edir ki, bu da tamamilə yolverilməzdir. Məhz bu sə­bəbdən Fransa Əlcəzair, Mali, Burki­na-Faso və digər ölkələrdə nüfuzdan düşür. Konqo Demokratik Respublika­sının Prezidenti Feliks Çisekedi mar­tın 4-də Kinşasada keçirilən mətbuat konfransında açıq şəkildə Makronu tənqid etdi. Çoxdan ürəyində yığılıb qalmış fikirləri onun üzünə dedi. Bu da onu deməyə əsas verir ki, Makron si­yasi xarizmasını itirmiş, idarəçilik təc­rübəsi olmayan, ölkəsini hərc-mərclik və anarxiya, xaos durumuna gətirmiş şəxsdir. Məhz müstəmləkəçilik siyasə­tinə görə üzr istənilməməsi daxildə böyük problemlər yaratmaqla yanaşı, xarici siyasətdə də uğursuzluqlara yol açır.

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət