Ordu Xalqa, Xalq Orduya dayaqdır

post-img

Tarixi varislik ənənəsinə uyğun olaraq ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir. 105 il bundan əvvəl, o kəşməkəşli dönəmdə Milli Ordumuzun yaradılması prosesi həm də bir dövlət kimi müstəqilliyimizin tarixidir. Bu gün xalqın güvənc yerinə çevrilmiş Azərbaycan Ordusu həmişə və hər zaman millətin xidmətindədir. Ən çətin günündə mənsub olduğu xalqının yanında duran əsgərimiz başımızın tacıdır. Bunu əminliklə deyə bilərik ki, xalqın içindən çıxmış və onun yolunda hər an canını verməyə hazır olan Azərbaycan Ordusunun mənsubları ilə hamı qürur duyur.

Güc də bizim tərəfimizdədir, zaman da

Azərbaycanın XXI əsrdə ilk Zəfər pa­radını keçirən ölkədir. Həmin parad döv­lətimizin gücünü, müzəffər ordumuzun qüdrətini təkcə işğalçı Ermənistana deyil, bütün dünyaya nümayiş etdirdi. Zəfəri­mizlə başa çatan 44 günlük Vətən müha­ribəsindən sonrakı iki il yeddi ay ərzində ordumuzu daha da gücləndirmişik. Əgər həmin müddət ərzində baş vermiş ha­disələr ardıcıllıqla və hərtərəfli incələnər­sə, onda Azərbaycan hakimiyyətinin atdı­ğı hər bir addımın arxasında güclü siyasi iradənin və diplomatik məntiqin dayandı­ğına əmin olarlar. Bəli, İrəvandan fərqli olaraq, Bakı zamanı fövtə vermədi. 

“İkinci Qarabağ müharibəsindən son­ra ordu quruculuğu prosesi daha geniş vüsət almışdır. Təbii ki, işğal dövründə ordu quruculuğu bizim üçün bir nömrəli vəzifə idi və ordumuzun, bütün Silah­lı Qüvvələrimizin torpaqlarımızın azad olunması üçün hazırlıq işlərinə xüsusi önəm verilirdi və biz buna nail olduq. Vətən müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə yekunlaşmışdır”. Bu söz­ləri Prezident, Ali Baş Komandan İlham Əliyev iyunun 23-də Müdafiə Nazirliyi komando qüvvələrin yeni hərbi hissə­sinə döyüş bayrağının təqdim olunması tədbirindəki çıxışında söyləyib. Biz tor­paqlarımızı yağıdan təmizləmək üçün qurtuluş savaşına çoxdan hazırlaşırdıq. Müharibəyə qədərki on yeddi il ərzində “görünmədən görmək, ölmədən dönmək” –şüarı altında aparılan təlimlərin məqsə­di düşmən üzərində qələbənin mənəvi təməlini hazırlamaq olub. Müasir hərb sənətinin incəliklərini öyrədən, döyüş ru­hunu yüksəldən həmin təlimlər mütləq öz bəhrəsini verməli idi. Döyüş meydanında düşməni diz çökdürən məhz həmin müa­sir və Müzəffər Azərbaycan Ordusu oldu. Amma unutmamalıyıq ki, düşmən məkrli və hiyləgərdir. Ona görə də dövlətimizin başçısının dediyi kimi, biz ehtiyatı əldən verməməli, ordu quruculuğunu daim in­kişaf etdirməli və hər an döyüşə hazır olmalıyıq. 

Silahlı Qüvvələr yüksək dəyərlərlə tərbiyələnir

Prezident İlham Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycan Ordu­sunun şəxsi heyətinin mənəvi-psixoloji durumunun yüksək səviyyədə olmasıdır. Bu yöndə aparılan məqsədyönlü siyasə­tin nəticəsidir ki, hazırda Azərbaycan xalqı möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən, hər an düşmənə sarsıdıcı zərbələr vurmağa qadir ordusu ilə qürur duyur. 

“Mən bunu artıq demişəm, bir daha demək istəyirəm, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəman­lıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür”. Cənab Prezidentin bu açıqlamasının arxasında konkret statistika, real mənzərə dayanır. Vətən müharibəsi başa çatdıqdan son­ra Ali Baş Komandan ordunun Türkiyə (NATO) ordu modelinə keçməsi barədə bəyanat verdi və qısa müddətdə müxtəlif bölgələrdə yeni komando hissələri yara­dılmağa başlandı. Türkiyədə tətbiq olunan komando briqada və birliklərin təcrübəsi Azərbaycanda tətbiq edildi. Bütün bun­ları Azərbaycanın düşmənləri də bilir və görür. Fəqət bunları hamıdan yaxşı bilən Ermənistan yenə ordumuza, sərhədimizə qarşı təxribatlar törədir. Silahlı Qüvvələ­rimiz hər bir təxribata layiqli cavab verir. Bu cavab ona, eyni zamanda, iki cəbhə­də verilir. Yəni, həm hərbi, həm də siyasi müstəvidə. Hazırda Azərbaycan özünün müstəqil siyasətini yürüdən, ən mötəbər beynəlxalq tribunalardan sözünü deyən suveren ölkələrdən biridir və heç kimdən asılı deyil. Yəni, ölkəmiz sadəcə kağız üzərində deyil, sözün həqiqi mənasında müstəqil dövlətdir. Bu haqqı və nüfuzu qa­zandıran, birinci növbədə, Azərbaycanın hərbi qüdrəti və potensialıdır. 

Bütün sahələrdə belədir. Əldə etməyə can atılan uğur yeniliyin, islahatların nəti­cəsində hasil olur. İlham Əliyev Prezident seçiləndən sonra ölkənin hərbi xərc­ləri 24 dəfə artıb. Dövlətimizin başçısı proqram xarakterli çıxışlarında dəfələrlə bəyan edib ki, Azərbaycanın qarşısında illik hərbi büdcəni artıraraq Ermənistanın ümumi dövlət büdcəsini keçmək vəzifəsi durur. Ölkənin tam hazırlıqlı, müasir si­lahlar və döyüş vasitələri ilə təchiz olu­nan ordusunun yaradılması, eləcə də onun saxlanması böyük vəsait tələb edir. Dediyimiz hədəfə Azərbaycan özünün sürətli iqtisadi inkişafı sayəsində çatdı. Dövlət büdcəsindən Silahlı Qüvvələrə ayrılan vəsaiti ildən-ilə artır. Keçən ilin dövlət büdcəsindən hərbi və təhlükəsizlik sahəsinə ayrılan vəsaitin həcmi müstəqil­lik dövründə rekord həddə – 4 milyard 489 milyon 892 min 429 manata çatdı. 

Müstəqillik dövrünün ən böyük uğuru

44 gün davam edən Vətən müha­ribəsi bütün dünyaya Azərbaycan döv­lətinin qüdrətini, Ordusunun nəyə qadir olduğunu nümayiş etdirdi. Rəsmi İrəva­nın öz ordusu barədə yaratdığı “məğ­lubedilməzlik” təsəvvürü yerlə-yeksan edildi. Zəfərin əldə edilməsində Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin qəhrəmanlığını, əlahiddə rolunu qeyd etməliyik. Təbii olaraq bu amil digər qo­şun növlərində də xüsusi təyinatlıların sayının artırılması zərurətini yaradırdı. Bu istiqamətdə məqsədyönlü addımlar atıldı, Müdafiə Nazirliyinin dəniz piya­dalarının, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyi­natlı qüvvələrinin sayı dəfələrlə artırıldı. 23 iyun tədbirindəki çıxışında İkinci Qa­rabağ müharibəsindən sonra bölgədə gündəliyi müəyyən edən tərəfin məhz Azərbaycan olduğunu xüsusi qeyd edən Prezident İlham Əliyev hazırda qarşımız­da duran prioritetləri açıqlayıb: “Biz əlavə vəsait əldə edən kimi büdcənin artırılma­sına yeni, böyük məbləğdə vəsait ayırdıq və burada iki əsas istiqamət müəyyən edilmişdir. Birincisi, Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi, ikincisi, hər­bi potensialımızın gücləndirilməsi. Yəni, təkcə bu fakt özlüyündə onu göstərir ki, bizim üçün bu gün prioritet məsələlərdən biri ordu quruculuğu, digəri isə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir”. Müstəqillik dövrünün ən böyük uğuru Zəfərimizdir, -desək, yanılmarıq. 1918-ci ildə Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azər­baycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Bəli, biz tarixi qələbəmizlə reallığı dəyişməyi bacardıq və indi reallıq özü tarixə çevrilməkdədir. Dədə Qorquddan gəlmə zərb-məsəlimiz­də deyildiyi kimi, əgər torpağı əkib-becər­mədinsə, onu qorumağa dəyməz, qoru­madınsa, əkib-becərməyə dəyməz. Otuz illik ayrılıqdan sonra doğma torpaqlarına qayıdan insanlarımız onu sevgi və şövqlə yenidən əkib becərməyə başlayıblar. Hə­min əkinçilərimizin keşiyini igid əsgərlə­rimiz çəkir. Bəli, xalq və ordunun vəh­dətindən yaranan güc-qüdrət istənilən düşmənin dizini yerə gətirməyə qadirdir, necə ki iki il yeddi ay bundan əvvəl bu həqiqəti təsdiqlədik”.

105 il bundan əvvəl çox böyük çətin­liklə ilk Milli Ordumuzu quranların ruhu həm də ona görə şaddır ki, bu gün Tür­kiyə və Azərbaycanın ulduzlu–ayparalı bayraqları hər yerdə yanaşıdır. Bu gün ən yüksək zirvəyə layiq bir ordunun və xalqın bayramıdır! 

 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”

Siyasət