Xarici İşlər nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr

post-img

İyunun 19-da Tbilisidə Azərbaycan Respublikası və Gürcüstan Xarici İşlər nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.

Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Gürcüstan tərəfindən isə həmin ölkənin xarici işlər nazirinin birinci müavini Laşa Darsalia rəhbərlik ediblər. 

Görüşdə iki ölkə arasında münasibət­lərin hazırkı durumu nəzərdən keçirilib, siyasi, sosial-iqtisadi, humanitar və qar­şılıqlı maraq kəsb edən digər sahələr­də əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar müzakirə olunub. İqti­sadi əlaqələrin inkişaf etdirilməsi baxımın­dan Azərbaycan ilə Gürcüstan arasında Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyəti, Azərbaycan-Gür­cüstan əməkdaşlığının regiona töhfəsi­nin vacibliyi vurğulanıb. Eyni zamanda, Azərbaycan–Türkiyə–Gürcüstan üçtərəfli əməkdaşlıq formatının və regional əmək­daşlığın əhəmiyyəti qeyd olunub. 

Gürcüstan xarici işlər nazirinin birin­ci müavini Laşa Darsalia Azərbaycan və Gürcüstan Xarici İşlər nazirlikləri arasında əməkdaşlığın əhəmiyyətinə toxunub, hər iki ölkənin səfirliklərinin fəaliyyətini yüksək qiymətləndirib.

Siyasət