XİN: Ermənistanda mülki işçilərin hədəfə alınması iddialarını rədd edirik

post-img

Ermənistanda tikiləcək metaləritmə zavodunda mülki işçilərin hədəfə alınması ilə bağlı əsassız iddiaları rədd edirik.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bildirib.

“Bu, həmişə olduğu kimi, Ermənistanın diqqəti Azərbaycana qarşı hərbi təxribatlarından və zavodun mənfi transsərhəd təsirinə yayındırmaq üçün növbəti uydurmasıdır”, - deyə Ayxan Hacızadə qeyd edib.

 
 

Siyasət