Yunan-Roma güləşi üzrə Azərbaycan yığması Avropa ikincisi olub

post-img

Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarış başa çatıb.

Qitə birinciliyində altı medal qazanan millimiz 118 xal toplayaraq komanda hesabında ikinci yeri tutub. Yığmamız yalnız Gürcüstandan (185) geri qalıb.

Qeyd edək ki, millimiz Avropa çempionatında 1 qızıl və 5 bürünc medal əldə edib. Turan Daşdəmirov (45 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Elnar Ziyadov (48 kq), Əli Seyidəlili (51 kq), Ayxan Cavadov (55 kq), Elmin Əliyev (80 kq) və Mahir Qurbanlı (110 kq) isə bürünc medal qazanıblar.

"Xalq qəzeti"

İdman