ABŞ Yaxın Şərqə döyüş təyyarələri göndərib

post-img

ABŞ Yaxın Şərqə beşinci nəsil F-22 qırıcıları yerləşdirib. Bu barədə Pentaqonun mərkəzi komandanlığının məlumatında deyilir.

Pentaqon bildirib ki, buna səbəb Rusiya aviasiyasının fəaliyyətidir.

“ABŞ Hərbi Hava Qüvvələrinin F-22 Raptor təyyarəsi Rusiya təyyarələrinin regionda getdikcə daha təhlükəli və qeyri-peşəkar davranışı nəticəsində Mərkəzi Komandanlığın məsuliyyət zonasına yerləşdirilib”, - deyə hərbi idarənin bəyanatında bildirilir.

S.ELAY,

"Xalq qəzeti"

Dünya