“Bu, tərəfsizliyə dair iddia ilə aşkar ziddiyyət təşkil edir”.
Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidmət idarəsinin rəisi Ayxan Hacızadə "Twitter" hesabında qeyd edib.
O, Fransa xarici işlər naziri Katrin Kollonanın bəyanatına münasibət bildirib.
“Görünür, Fransanın xarici işlər nazirinin “blokada” ilə bağlı bəyanatında Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin hər iki istiqamətdə sərbəst gediş-gəlişinə məqsədyönlü şəkildə göz yumulur. Bu, tərəfsizliyə dair iddia ilə aşkar ziddiyyət təşkil edir", - deyə Ayxan Hacızadə vurğulayıb.
Xatırladaq ki, Katrin Kolonan Azərbaycanın Qarabağ regionundakı ermənilərin hər iki istiqamətdə sərbəst hərəkətinə məqsədyönlü şəkildə göz yumduğunu qeyd edib.
Seems that the statement of Minister @MinColonna of @francediplo_EN on so-called “blockade” intentionally overlooks the free movement of Armenian residents of Karabakh region of #Azerbaijan in both directions.
— Aykhan Hajizada (@Aykhanh) June 14, 2023
It is a clear contradiction with vocal assertion on impartiality! https://t.co/9qIU6RCVIz