Ermənistan suverenliyin və qarşılıqlılığın qorunması prinsipi əsasında regionda bütün kommunikasiyaların açılması ilə bağlı mövqeyini bir daha təsdiqləyir. "Sputnik Ermənistan" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Milli Assambleyada hökumət saatı zamanı deyib.
Onun sözlərinə görə, İrəvan regionda kommunikasiyaların, o cümlədən Ərdoğanın qeyd etdiyi Pekin-London nəqliyyat “oxu” kontekstində. açılmasında maraqlıdır.
Xarici işlər naziri izah edib ki, vaxtaşırı baş nazir və baş nazirin müavini intensiv görüşlər keçirir və bu görüşlərdə kommunikasiyaların açılması məsələləri müzakirə olunur. Nazirin şəxsi təəssüratına görə, müəyyən irəliləyiş var. Amma hələlik yekun nəticə yoxdur.
"Xalq qəzeti"