XİN: Zəruri olmayanda İrana səfər etməyin

post-img

Azərbaycan Xarici İşlər Nazirliyi İrana səfər edən və hazırda orada olan vətəndaşlarımıza xəbərdarlıq edib. Bu barədə XİN-in Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, bu ilin yanvar ayında Azər­baycanın İrandakı səfirliyinə qarşı törə­dilmiş terror aktı və bunun nəticəsində İrandakı məhdud diplomatik təmsilçiliyi­miz nəzərə alınmaqla, Azərbaycan Res­publikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək eh­tiyatlılıq nümayiş etdirmələri kəskin şəkil­də tövsiyə olunur.

Hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaş­larına mühafizə və təhlükəsizlik qaydala­rına riayət etmələri tələb olunur.

İran İslam Respublikasındakı vətən­daşlarımızın konsulluq və digər müraciət­ləri üçün Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olu­nur:

ÜNVAN: Təbriz, Vəliəsr, Arif küçəsi 9

TEL: (+98413) 333 48 03

FAKS: (+98413) 331 53 80

E-MAIL: [email protected]

WEBSITE: tabriz.mfa.gov.az

Siyasət