Azərbaycan və Pakistan arasında siyasi məsləhətləşmələr aparılıb

post-img

Mayın 31-də Bakı şəhərində Azərbaycan Respublikası və Pakistan İslam Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. 

Nümayəndə heyətinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavi­ni Elnur Məmmədov, Pakistan tərəfin­dən xarici işlər nazirinin birinci müavini Əsəd Məcid Xan başçılıq ediblər.

Siyasi məsləhətləşmələr zamanı iq­tisadiyyat, ticarət, kənd təsərrüfatı, təh­sil, mədəniyyət, energetika, turizm və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Qarşılıqlı səfərlə­rin, xüsusilə, parlament diplomatiya­sının əhəmiyyəti önə çəkilərək, onun ikitərəfli əlaqələrin bir çox sahələrinə müsbət təsir göstərdiyi bildirilib.

Müzakirələr çərçivəsində, 2022-ciilin ölkələrimiz arasında diplomatik əlaqələrin 30 illik yubileyi kimi əlamət­dar tarixlə yadda qaldığı bildirilib, dost­luq və qardaşlıq üzərində qurulmuş Azərbaycan–Pakistan əlaqələrinin bugünkü yüksək səviyyəsindən məm­nunluq ifadə edilib. Həmçinin 44 gün­lük Vətən müharibəsi zamanı Pakista­nın nümayiş etdirdiyi qəti və birmənalı mövqeyi, haqq işimizə göstərdiyi tərəd­düdsüz dəstək və həmrəyliyi xüsusilə vurğulanıb.

Nazir müavini Elnur Məmmədov postmünaqişə dövründə bölgədə möv­cud vəziyyət, işğaldan azad edilmiş tor­paqlarda minaların təmizlənməsi pro­sesi, bərpa və quruculuq, habelə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən böyük qayıdış proqramı, ağıllı şəhər və yaşıl enerji layihələri haqqında ətraflı məlumat verib.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Siyasət