Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib

post-img

Ümummilli lider Heydər Əliyevin qurub yaratdığı müasir müstəqil Azərbaycan dövləti bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə özünün qüdrətli dövrünü yaşayır, əzəli torpaqlarımız işğaldan azad edilərək Qarabağ və Şərqi Zəngəzur dövlətimizin iqtisadi gücü hesabına sürətlə bərpa olunur. Bu istiqamətdə respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən mühüm layihələr həyata keçirilir. Eyni zamanda, qardaş Türkiyə Vətən müharibəsində olduğu kimi, quruculuq prosesində də Azərbaycanın yanında olaraq birgə tədbirlər reallaşdırılır.

Ədliyyə Nazirliyinin mətbuat xid­mətindən bildirilib ki, bu fikirlər ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən nazirliyin kollegiya iclasında vurğulanıb.

Nazir mayın 28-də dost və qardaş Türkiyədə demokratik şəraitdə keçiril­miş və Azərbaycanda böyük maraqla izlənilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın inamlı qələbəsini qeyd edib. O, ədliyyə işçilərinin də bu münasibətlə türkiyəli həmkarlarını təbrik etdiklərini diqqətə çatdırıb.

Kollegiyada dünya şöhrətli müdrik siyasətçi dahi Heydər Əliyevin ana­dan olmasının 100 illiyinin ölkəmizdə və onun hüdudlarından kənarda geniş qeyd olunduğu, bu münasibətlə dövlət başçısı tərəfindən elan edilmiş “Heydər Əliyev İli” çərçivəsində Ədliyyə Nazir­liyində, bütün yerli və regional ədliyyə qurumlarında, məhkəmələrdə keçirilən silsilə tədbirlər barədə məlumat verilib. 

Nazirliyin təşkilatçılığı ilə “Heydər Əliyev və məhkəmə-hüquq islahatları: tarix, zaman və nailiyyətlər” mövzusun­da geniş konfransın keçirilməsi xüsusilə əlamətdar olub. Dahi öndərin humaist siyasətini uğurla həyata keçirən Azər­baycan Prezidenti İlham Əliyevin yu­biley münasibətilə imzaladığı və 801 məhkumu əhatə edən müstəqillik tarixi­mizin ən böyük əfv sərəncamının icrası nazirlik tərəfindən dərhal təmin edilib.

İclasda dövlət başçısının sərənca­mı ilə təsdiq edilmiş 2023–2025-ci illə­ri əhatə edən Milli Fəaliyyət Planından irəli gələn vəzifələr müzakirə edilib, müvafiq İş Planı təsdiq olunub. İclasda, həmçinin beynəlxalq hüquqi əməkdaş­lıq məsələləri müzakirə olunaraq, na­zirliyin mötəbər forum və tədbirlərdə, o cümlədən Daşkənd Hüquq Baharı Fo­rumunda iştirakı, faydalı təcrübə müba­diləsinin aparılması qeyd olunub, 

Kollegiyada ədliyyə və məhkəmə fəaliyyətini tənzimləyən bəzi norma­tiv-hüquqi akt layihələri təsdiq edilib, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

Son xəbərlər