“Maire Tecnimont” şirkəti ilə enerji keçidi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

post-img

Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə “Maire Tecnimont” şirkəti arasında enerji keçidi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi energetika nazirinin müavini Elnur Soltanov və şirkətin baş icraçı və baş əməliyyat direktoru Alessandro Bernini imzalayıb. 

Memorandumun məqsədi tərəflər arasında enerji məsələləri, o cümlədən bərpaolunan enerji, “yaşıl enerji”yə keçid və enerji səmərəliliyi ilə bağlı sahələr üzrə əməkdaşlığın gücləndirilməsindən ibarətdir. Sənəd, həmçinin aşağı karbon texno­logiyaları, tullantılardan enerji istehsalı, “yaşıl hidrogen”, bioyanacaqlar, həmçinin metan emissiyalarının azaldılması kimi sahələrdə əməkdaşlıq imkanlarının araşdırılmasını əhatə edir

Son xəbərlər