Bir səhər ayılıb görəcəklər ki…

post-img

Bu gün Azərbaycan Bayrağı Zəngəzur dağlarında dalğalanır, onu unutmasınlar. O bayrağa onlar yaxınlaşa bilər? O insanabənzər məx­luq və onun kimiləri o bayraqlara yaxınlaşa bilər? O bayrağa uzaq­dan baxmağa da qorxarlar. Bayraq yandırmaqla onlar ancaq öz çirkin xislətlərini bütün dünyaya nümayiş etdiriblər. Bir daha demək istə­yirəm, bunun arxasında dayanan Ermənistan dövlətidir, Ermənistan hökumətidir, Ermənistanda onilliklər ərzində aparılan anti-Azərbay­can, azərbaycanofobiya kampaniyasıdır. Onu da demək istəyirəm ki, əlbəttə, bu hadisə bizi sarsıda bilməz, bizim iradəmizə heç bir təsir edə bilməz. Ancaq onlar yaxşı fikirləşsinlər. Bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər.

Prezident İlham Əliyevin 2023-cü il aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsindən.

Qarabağdakı daşnak-separatçı tör-töküntüsünün vəziyyəti gərginləşdirmə riski daşıyan bütün hərəkətlərinin qarşısının qətiyyətlə alınacağına, Bakı ilə düşmənçiliyi davam etdirənlərlə adekvat davranılacağına heç kəsdə şübhə yeri qala bilməz. Ali Baş Komandanımızın birmənalı son xəbərdarlığını anlamayanları gözləyən acınacaqlı aqibət artıq tam şəkildə məlumdur.

Finalın sədası zibil yeşiyindən gələcək 

Dövlətimizin başçısının dilə gə­tirdikləri sadəcə çağırış, yaxud son xəbərdarlıq deyil, geniş məzmunlu ultimatum idi. Söhbət cənab İlham Əliyevin mayın 28-də – Müstəqillik Gü­nündə Laçın rayonuna səfəri zamanı doğma yurdlarına dönmüş sakinlərlə görüşündə Qarabağ iqtisadi rayonu­muzda suyu bulandırmaqda davam edən separatçılara, qondarma rejimin “arayik şaykası”nın ünvanına səslən­dirdiyi ultimatumdan gedir. Nəhayət, daşları toplamağın vaxtının çatdığını xatırladan həmin ismarıc təkcə Qa­rabağdakı və İrəvandakı daşnak-re­vanşist haylara deyil, eyni zamanda onların xaricdəki havadarlarına dərs olmalıdır. Nəyi, necə və nə zaman edə­cəyini dəqiq bilən strateq-diplomatın, istedadlı sərkərdənin – Ali Baş Koman­danın dilindən səslənən tezislərin hər biri beynəlxalq hüququn norma və prin­siplərinə, Azərbaycanın suveren dövlət statusuna tamamilə uyğundur. Ölkə başçısı Qarabağın erməni sakinləri üçün qalan yeganə yolu da açıqlayıb: “Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dırnaqarası, saxta dövlət at­ributlarını zibil yeşiyinə atmaq və “par­lament”i buraxmaq!”.

Muxtariyyət xülyasından əl çəkmək istəməyənlərə Bakı özünün son və qəti sözünü dedi. Bundan sonra onlar üçün vaxt geriyə hesablanmağa başlayıb və sonun başlanğıcına start verilib. 

Bütün kitablarınızı bağlayın! 

Uydurma şəxsiyyətlər və hadisələr­lə, saxta qəhrəmanlıq salnamələri, yalan və şər-böhtanla dolu kitablarla beyinləri yuyulmuş hayların bəsirət gözlərini açmağın məqamı yetişib. Cənab Prezidentin bu həqiqəti dərk etməyənlərə ismaric-xatırlatması tam yerinə düşdü: “Buradan - uzun illər istismar etdikləri, qanunsuz məskun­laşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağ­landı. “Miatsum” kitabı bağlandı, se­paratizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə”.

Son vaxtlar beynəlxalq təşkilatla­rın faktiki olaraq Azərbaycanın haqlı mövqeyi ilə razılaşdığını bildirən döv­lətimizin başçısı laçınlılarla görüşün­də bu məsələyə də aydınlıq gətirdi: “Beynəlxalq təşkilatlar nəyə görə bizim mövqeyimizlə tamamilə razılaşıblar? Ona görə ki, biz haqlıyıq və ona görə ki, biz mövqeyimizdən kənara bir ad­dım belə atmırıq. Bu gün nə müstəqil­likdən, nə muxtariyyətdən, nə başqa bir şeydən heç kim artıq söhbət açmır”. 

Azərbaycanın bu gün Qarabağ­da istənilən əməliyyatı keçirmək üçün hər bir imkana malik olduğunu bildirən ölkə başçısı bölgəni tərk etməyə tələs­məyən daşnak-separatçıları, onlara kənardan züy tutanları aydın şəkildə başa saldı ki, qarşılarında bir çıxış yolu qalıb: “Parlament” buraxılmalı, özünü “prezident” adlandıran ünsür təslim ol­malı, bütün “nazirlər”, “deputatlar” və digərləri öz “vəzifələrini” artıq kənara qoymalıdırlar”. 

Yəni, müharibədə qalib gəlmiş Azər­baycanın Ali Baş Komandanı məğlub Hayastanın başbilənlərinin nəzərinə çatdırdı ki, kiməsə arxayın olub bizimlə yenidən savaş meydanına girmək xə­yalına düşməsinlər. Bu o deməkdir ki, əgər haylar “dəmir yumruğ”un zərbini unudublarsa, bunu artıq baş nazirləri­nin də etiraf etdiyi, Azərbaycanın suve­ren ərazisi Qarabağımızda lokal xüsusi əməliyyat keçirməklə bir daha yadları­na salmaq heç də çətin deyil. 

Amnistiya minnəti 

Azərbaycan Prezidenti İlham Əli­yev mayın 28-də Laçın rayonunda ilk sakinlərlə görüşündə toxunduğu növ­bəti məsələ, bununla bağlı beynəlxalq güclərə və təşkilatlara ünvanladığı me­saj böyük ictimai-siyasi marağa səbəb oldu. Söhbət Qarabağdakı separatçı re­jimin “çinovniklərinin” təslimdən sonrakı aqibətlərindən gedir. Belə məlum olur ki, keçmiş uğursuz “vasitəçilər” rəsmi Bakı­dan Qarabağın tezliklə qolları qandalla­nacaq “arayik şaykası”nın təhlükəsiz­liyinə təminat verilməsini xahiş ediblər. Bunlar həmin beynəlxalq vasitəçilərdir ki, cəmi beş il bundan əvvəl münaqişəni daha neçə onilliyə dondurmağa, Azər­baycan xalqını və iqtidarını Qarabağ uğrunda mübarizəsinin faydasızlığına və perspektivsizliyinə inandırmağa çalı­şırdılar. İndi isə dövlət başçımızdan se­paratçıları bağışlamasını xahiş edirlər. Taleyin ironiyasına diqqət edin ki, artıq çərxi-fələyin tərsinə dövran etmək qüd­rətinə əmin olan beynəlxalq vasitəçilər, təşkilatlar dünənə kimi təəssüblərini çəkdikləri daşnaklara görə dövlət baş­çımıza minnətçi düşüblər. Elə bunun özünü Bakının növbəti diplomatik uğuru hesab eləmək olar. 

Strateji düşüncənin, hərbi fəhmin uğuru 

Prezident İlham Əliyevin məhz Laçından separatçılara ünvanladığı ultimatuma, hadisələrə sayıq baxışın, mövcud situasiyanı strateji düşüncə­nin süzgəcindən keçirərək dəyərlən­dirmənin, fəaliyyətin dəqiq ardıcıllı­ğını izləməyin nəticəsi kimi baxmaq lazımdır. Ultimatumun Azərbaycanın Ermənistanla şərti sərhəddə, La­çın yolunda Həkəri nəzarət-keçid məntəqisini qurduqdan sonra səslən­dirilməsi özündə hərbi-siyasi manevr xarakteri daşıyır, – desək, yanılma­rıq. Bu, eyni zamanda, yuxarıda qeyd etdiyimiz kimi, strateq-diplomatın, yüksək bacarığa və hərbi fəhmə ma­lik sərkərdənin uğurudur.

Neçə onilliklər dözdük, daşnak hədyanlarını dinləməli olduq, çox sa­bahları dirigözlü açdıq, amma gec-tez hər şeyin halal mizan-tərəziyə qoyula­cağına, haqq-ədalətin yerini alacağına ümidimizi itirmədik. 44 günün gətirdiyi Zəfər haqsızlığa son qoydu, başımızı dikəltdi, qürurumuzu bərpa elədi. İndi millətimiz gələn hər günə, açılan hər sabaha inamla, müjdə sorağı ilə baxır. Haqqımızdır! 

Əslində, Qarabağ torpağında yaşa­mağa ixtiyarı çatmayanlara son sözü­nü deyən Prezident İlham Əliyev yenə humanistlik göstərməklə, bayrağımızı, vətəndaşlığımızı nişan verməklə həm də onlara türkün ermənidən fərqini an­latdı. Təki anlasınlar. 

Fikrət SADIXOV,
politoloq

– Tam əminəm ki, dövlət baş­çımızın Laçından səsləndirdiyi xəbərdarlıq Qarabağda yaşayan ermənilərə çatdı. İndi sadəcə ola­raq bunu dərk etməli və nəticə çıxarmalıdırlar. Onların arasında sağlam düşüncəli sakinlər də var, amma görünür, separatçıların təz­yiqlərindən çox narahatdırlar. Yəni, başa düşürlər ki, Bakının mövqe­yinə loyal münasibət göstərsələr, taleləri acınacaqlı olacaq. 

Qarabağdakı separatçı rejimə gəldikdə isə, Azərbaycan Prezi­denti bununla bağlı hər şeyi aydın söylədi. “Miatsum” kitabı bağlan­dı, separatçıların bütün tələbləri zibil yeşiyinə tullandı. İndi oturub yaxşı-yaxşı fikriləşməlidirlər. Əgər Ermənistanın baş naziri Nikol Pa­şinyan Qarabağ daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, onlar nəyə nail ola bilər­lər? Təbii ki, hamısı həmin o qon­darma postlarını tərk etməli, təslim olmalıdırlar. Beləliklə, əhali normal, dinc və təhlükəsizlik şəraitində Azərbaycanın tərkibində yaşama­lıdır. Başqa çıxış yolları, sadəcə, yoxdur. Nə Ermənistan onlara hiss olunacaq dəstəyi verəcək, nə də beynəlxalq strukturlar. Hətta hər­dən başlarını sığallayan Fransa da başa düşür ki, buradakı ermənilər gec-tez Azərbaycanla ortaq dil tap­malı və birgə yaşamalıdır. Həmin ermənilər isə bu reallığı nə qədər tez qəbul edib başa düşsələr, özlə­ri üçün bir o qədər yaxşı olar. 

 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”





Siyasət