Britaniya hökumətinin əsir hərbçilərimizlə bağlı cavabı

post-img

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik və İnkişaf Ofisi (FCDO) bu ölkədə fəaliyyət göstərən Azərbaycan icmasının Ermənistana əsir düşmüş azərbaycanlı əsgərlər Aqşin Bəbirov və Hüseyn Axundovla bağlı məktubunu cavablandırıb.

Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pə­nahovaya ünvanlanan məktubda Ermənistan hakimiyyəti tərəfindən hər iki Azərbaycan əsgərinə qarşı qeyri-insani rəf­tara yol verilməsi ilə bağlı məlumat verildiyinə görə minnət­darlıq ifadə edilib.

“Dövlətlər himayəsində olan şəxslərlə humanist rəftar sahəsində minimum təminatları təmin etmək üçün tədbirlər görməlidir. Buna məhbusların ilkin tələbatının və əsas eh­tiyacları ilə bağlı xidmətlərin təmin edilməsi daxildir. Böyük Britaniya hökuməti mütəmadi olaraq müxtəlif tərəfdaşlarla, o cümlədən, Ermənistanla insan hüquqları məsələlərini qaldı­rır”, - deyə məktubda vurğulanıb.

“Xalq qəzeti”

Siyasət