Ərəb Parlamentinin prezidenti: Azərbaycan İslam dəyərlərinin müdrikliyi əsasında inkişaf edən ölkədir

post-img

Sizin (Prezident İlham Əliyev – red.) kimi böyük dünya lideri ilə görüşməkdən və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən bu tədbirlərdə iştirak etməkdən şərəf hissi duyuruq.

AZƏRTAC xəbər verir ki, bu fikri Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumi Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündə söyləyib.

Dövlətimizin başçısının müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin qazandığı nailiyyətləri vurğulayan qonaq Azərbaycanın İslam dəyərlərinin müdrikliyi əsasında inkişaf edən və bu dəyərlərin hökm sürdüyü bir ölkə olduğunu deyib.

Ərəb Parlamentinin prezidenti söhbət əsnasında ölkəmizin Qoşulmama Hərəkatına sədrliyini təqdir etdiklərini bildirərək məmnunluqla qeyd edib ki, Azərbaycan Hərəkatın təsisatlanması, beynəlxalq səviyyədə nüfuzunun artması istiqamətində çox ardıcıl siyasət həyata keçirir.

Siyasət