Prezident İlham Əliyev: Azərbaycan İslam həmrəyliyini hər zaman dəstəkləyib

post-img

Azərbaycan İslam həmrəyliyini hər zaman dəstəkləyib.

 

 

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumini qəbul edərkən deyib.

Dövlətimizin başçısı bu xüsusda bir müddət əvvəl Fələstində Azərbaycanın diplomatik nümayəndəliyinin açılmasını, Azərbaycanın xarici işlər nazirinin Fələstinə səfərini və orada ölkəmiz tərəfindən məktəbin inşasını qeyd edib, ölkəmizin İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsini xatırladıb.

Avropada islamofobiya meyillərinin artmasından narahatlığını ifadə edən Prezident İlham Əliyev bir müddət əvvəl Azərbaycanda islamofobiya ilə əlaqədar çox əhəmiyyətli beynəlxalq konfransın keçirildiyini vurğulayaraq, gələcəkdə bu xüsusda birgə platformanın yaradılmasının önəmini diqqətə çatdırıb.

Siyasət