Türkiyənin CNN TÜRK televiziya kanalına müsahibəsində STM şirkətinin baş dirktoru Özgür Güleryüz açıqlayıb ki, şirkət indiyə kimi 3000 ədədə yaxın “Kargu” pilotsuz uçuş aparatı (PUA) istehsal edib.
O bildirib ki, “Kargu” bu günə qədər 10 ölkəyə ixrac olunub: “Hazırda bir sıra dövlətlərlə alqı-satqı danışıqları davam etdirilir”.
“Kargu” bir hərbçi tərəfindən daşına və idarə oluna bilir. Vertikal qalxma və enmə (VTOL) xüsusiyyətinə sahib olan “Kargu” PUA 5-10 kilometr mənzilə, 30 dəqiqə havada qalmaq bacarığına malikdir. “Kargu”nun digər özəlliyi döyüş başlığının asanlıqla dəyişdirilə bilməsidir.
Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”