Ermənistanda siyasi çəkişmələr güclənir

post-img

Əslində, bu ölkədə daxili çəkişmələr həmişə olub. Çünki hamısının xislətində oğurluq, quldurluq, terrorçuluq kimi eybəcər cəhətlər istənilən qədərdir. Elə ona görə də ötən əsrin 90-cı illərinin sonlarında parlamentin iclasındakıları gülləbaran eləmişdilər. Ondan sonra nə qədər qarşılıqlı ittihamlar olmuş, bir-birini türkə satılmaqda, Azərbaycana işləməkdə ittiham edərək, gözdən salmağa çalışmışdılar. Səbəb çox sadədir. Beynəlxalq aləmdə hamıya qarşı mif, saxtakarlıq, riyakarlıq və digər mənfiliklərlə çıxış etdiklərinə görə həmin əyriliklər canlarına hopmuşdur. Özlərinə münasibətdə də belə davrananda isə qarşı tərəf dözə bilmir.

Burada mərhum diplomat Vəfa Qulu­zadənın 2009-cu il oktyabrın 5-də mət­buatda yayılmış bir yazısı yada düşür: “Türkiyə – Ermənistan yaxınlaşmasını nəzərdə tutan protokolların imzalana­cağı hələ məlum deyil. Düşünürəm ki, bu protokollar imzalansa, Ermənistanı 1999-cu il İstanbul Sammitindən sonra­kı taleyi gözləyir”. ( Xatırladaq ki, məhz İstanbul Sammitindən sonra Ermənistan parlamenti silahlı şəxslər tərəfindən gül­ləbaran edilmişdi). “Çünki bu sammitdən sonra Ermənistan sülh sazişinin imza­lanmasına yaxın idi. İnanıram ki, bu dəfə də Türkiyə ilə Ermənistan arasında hər hansı yaxınlaşma olarsa, mütləq yenidən belə bir ssenari təkrarlanacaq. Bunun üçün də heç kəs təminat verə bilməz ki, bu protokollar imzalanacaq”. 

Diqqət yetirin, yenə də Ermənistan sənədlərin imzalanması ərəfəsindədir (bu dəfə Azərbaycanla) və yenə də bir-bi­rini öldürmək, fiziki cəhətdən yox etmək həddinə çatıblar. Hətta “Kavkaz.uzel”in yazdığına görə baş nazir Nikol Paşinyanı satqın, xain, əclaf, erməni xalqının düş­məni adlandırırlar. Bu ittihamlara görə isə heç bir qanun - qayda, vicdan, ləyaqət ta­nımayan haylar baş naziri, sözün həqiqi mənasında, yox edə bilərlər. Heç kəs də onların gözü üstündə qaşı olduğunu xa­tırlatmaz. Necə ki, parlamenti gülləbaran edəndə də, bir milyon azərbaycanlını di­dərgin salıb, varidatını satanda da, Xo­calı soyqırımını törədəndə də dünya birli­yi Ermənistanı ən demokratik ölkələrdən biri kimi tanımışdı. Həmin cinayətlərin yanında Paşinyanın öldürülməsi nədir ki? 

2020-ci il oktyabrın 29-da isə regi­onun kütləvi informasiya vasitələri ya­zırdıklar ki, Ermənistan daxilində siyasi çəkişmələr artır: “Xarici dairələrlə söv­dələşməyə gedənlər var”. Bu, o vaxt idi ki, erməni ordusu və onlara himayədarlıq edənlər Azərbaycan Silahlı Qüvvələrinin qarşısında dayana bilmir, şəhər və kənd­lərimiz bir-birinin ardınca işğaldan azad edilirdi. İş bərkə düşən kimi səngəri də qoyub qaçırdılar, vətəni də satırdılar. 

Qarabağdakı qondarma rejimin sabiq “dövlət naziri” Ruben Vardanyanın bu il mayın 9-da Xankəndinin İntibah mey­danında təşkil etdiyi mitinqdə də əsas məsələ qarşılıqlı ittihamlar olub. “Hrapa­rak” yazır ki, separatçı qurumun hazırkı “prezident”i Araik Arutyunyanın, “eks-pre­zident”lər Arkadi Qukasyan və Bako Sa­akyanın da iştirak etdiyi tədbirdə Nikol Paşinyanı “ağ yuyub, qara səriblər” ki, guya, baş nazir “Artsax”ın 150 gün “mü­hasirədə saxlanması”nın qarşısını ala bil­məyib. Ancaq dil pəhləvanlarının İrəvanı tənqid etmək üçün başqa “arqumentlə­ri” də var imiş. Mitinqdə səsləndirilib ki, guya, Nikol Paşinyan hakimiyyətyönüm­lü KİV-lərə əmr verib ki, bu mitinq barədə məlumat yayılmasın. Çünki Ermənistan hakimiyyəti “Artsax”da Ruben Vardanya­nın ətrafında müqavimət mərkəzinin for­malaşmasından narahatdır”. 

Onlar Ermənistanın indiki rəhbərliyini daha çox Şuşanın Azərbaycana qayta­rılmasına görə ittiham edirlər və diaspor təşkilatlarına mesaj göndərirlər ki, biz Şuşaya yenə də qayıdacağıq. Yəni dox­sanıncı illərdə olduğu kimi, yenə də pul göndərin. Diaspordakılar isə o qədər də axmaq olmadıqlarını son üç-dörd ildə sü­but ediblər. Yəni “Artsax”dan tamamilə əl çəkiblər. 

Xatırladaq ki, bu ilin aprelində Ermə­nistanda hakimiyyətdaxili gərginlik par­lament – hökumət müstəvisinə keçmişdi. Belə ki, Ermənistan parlamentinin spikeri Alen Simonyanın küçədə törətdiyi tər­biyəsizlik – ondan satqınlıq etdiyinə görə istefa verməsini tələb edən gənci polis vasitəsilə yanına gətizdirərək üzünə tü­pürməsi “bütün ermənilərin üz qaralığı” kimi qəbul edilmişdi. Mətbuat yazırdı ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan hadisəyə daha sərt re­aksiya verərək Simonyanı istefaya ça­ğırıb. Baş verəni iyrənc hadisə adlandı­ran Ter-Petrosyan bildirib ki, Simonyan hətta bu hədyanı izahatlarında fəxrlə təsdiqləyir. Onun sözlərinə görə, istefa beynəlxalq ictimaiyyət qarşısında xalqın şərəfini bərpa etməyin (məgər bu xalqda şərəf də var? – İ.M.) yeganə yoludur. Ermənistan parlamenti və hakim fraksiya öz avtoritetini qorumaq üçün bu addımı atmağa borcludur.

Son günlər isə satqınlıq yarlığı daha çox baş nazirə yapışdırılır. Bəzi ekspertlə­rin fikrincə, bu da bir oyundur. Çünki həm ABŞ, həm də Avropa Cənubi Qafqazda sülhün bərqərar olmasına şalışır və İrə­vanı buna çağırırlar. Yəni Nikol Paşinya­nın başqa çıxış yolu qalmır. Ona görə də Qafqazda marağı olan başqa siyasi da­irələr sülhü əngəlləmək üçün Paşinyanı qurban verməyə hazırlaşırlar. Hansısa gerizəkalı erməni Paşinyanı öldürsə, sülh sazişi yenə də qeyri-müəyyən vaxtadək təxirə salına bilər. Yəni, kotan ilişəndə öküzlər bir-birini günahkar sayır. 

 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Siyasət