XİN Ermənistanda qurama “məhkəmə prosesi”ni qınayır

post-img

Cari ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində Azərbaycan Ordusunun itkin düşmüş və Ermənistan tərəfindən əsir götürülmüş əsgərləri Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğluna qarşı Ermənistanın qurama “məhkəmə prosesi”ni və Aqşin Bəbirovun həbsi ilə bağlı qondarma “qərar”ı qətiyyətlə qınayırıq. 

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin girov götürülmüş Azərbaycan hərb­çilərinə qarşı qurama iddia və “məhkəmə prosesi”nə dair şərhində bildirilir.

Şərhdə deyilir: “Ermənistan tərəfinin bu qurama addımı ilə ölkəmizin erməni gi­rovlarının, xüsusilə də yolu azaraq sərhədi keçmiş 10-dan artıq hərbçini heç bir qeyd-şərt irəli sürmədən dərhal geri qaytarılması üzrə etimad quruculuğu tədbirinə qarşılıq verməməsi Ermənistanın bölgədə barışıq və etimad yaradılması tədbirlərində maraqlı olmadığını göstərir”. 

 

“Xalq qəzeti”

Siyasət