Azərbaycan XİN Paşinyana cavab verib

post-img

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın baş naziri Nikol Paşinyanın Çex Respublikasında mətbuat konfransı zamanı ölkəmizlə bağlı səsləndirdiyi iddialara münasibət bildirib.

Bildirilib ki, Ermənistanın baş naziri Nikol Pa­şinyanın mayın 4-də Çex Respublikasının baş na­ziri ilə birgə mətbuat konfransında çıxışı zamanı ölkəmizin Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi təsis etməsi, habelə guya Azərbaycanın Ermənistanla sərhəddə vəziy­yəti gərginləşdirməsi, Qarabağ bölgəsində huma­nitar böhran yaratdığı ilə bağlı dəfələrlə səsləndir­diyi cəfəng iddiaları qətiyyətlə rədd edirik.

Azərbaycanın öz suveren ərazisində yaratdığı və erməni sakinlərin artıq şəffaf şəkildə hər iki is­tiqamətdə keçməyə başladığı “Laçın” sərhəd nə­zarət-buraxılış məntəqəsini təsis etməsi məsələ­sinə hər hansı bir şərh qəbuledilməzdir.

Ermənistan tərəfi Azərbaycanın daxili işlərinə qarışmağa və uzun illər ərzində Azərbaycana qar­şı həyata keçirdiyi təcavüzkar siyasətə son qoy­malıdır.

“Etnik təmizləmə” barədə baş nazirin cəfəng fikirlərinə gəldikdə isə qeyd edək ki, tarix boyu azərbaycanlılara qarşı xüsusi qəddarlıqla kütləvi qırğınlar, deportasiyalar siyasətinin, əməllərinin etiraf edilməsi və üzrxahlıq dilənməsi əvəzinə, Azərbaycanı belə əməllərdə təqsirləndirmək tarix­dən dərs çıxarmamağın göstəricisidir.

Ermənistan tərəfinin sülh sazişi üzrə danışıq­ların davam etdiyi bir vaxtda bu kimi bəyanatlarla çıxış etməsi sülhə xidmət etmir.

Siyasət