Azərbaycan Prezidenti: Orta Dəhliz layihəsi tərəfimizdən tam dəstəklənir və onun nəhəng potensialı var

post-img

Orta Dəhliz layihəsi tərəfimizdən tam dəstəklənir və onun nəhəng potensialı var.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib.

Bu imkandan istifadə edərək, marşrutboyu biznes fəaliyyətinin stimullaşdırılmasının vacibliyini vurğulayan dövlətimizin başçısı qeyd edib: “Orta Dəhlizin tərkib hissəsi olan ölkələr yalnız tranzitdən gəlirin əldə olunması ilə kifayətlənməməlidirlər. Bu fürsətdən yerli istehsalın stimullaşdırılmasında istifadə edilməlidir”.

Siyasət