Avstraliyadakı diaspor fəalları Yenu Cənubi Uels parlamentarları ilə görüşüb

post-img

Avstraliyada fəaliyyət göstərən Azərbaycan diasporunun fəalları yerli siyasi partiyaların və Yenu Cənubi Uels parlamentinin bir qrup üzvü ilə görüşüb. 

Türkiyənin Avstraliyadakı səfirliyinin və Baş Konsulluğunun dəvəti ilə təşkil olunmuş tədbir çərçivəsində baş tutan görüşdə Avstraliya Azərbaycanlıları Assosiasiyasının rəhbəri, Avstraliya və Okeaniya ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının koordinatoru Mikayıl Oyta, Avstraliya Leyboristlər Partiyasının üzvü, Avstraliya Federal Parlamentinin müşaviri Lori Ferqyuson, Yeni Cənubi Uels parlamentinin millət vəkilləri Linda Voltz, Culia Finn və diaspor fəalları iştirak ediblər. 

Azərbaycan icması ilə gələcək əməkdaşlıq və yeni perspektivlər barəsində fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, Sidneydəki tədbirdə Türkiyə səfiri Ufuz Gezer, Baş konsul Ali Sevin, türk icmasının, Azərbaycan diasporunun və yerli ictimaiyyətin nümayəndələri bir araya gəliblər.





Siyasət