Əsirə işgəncə vermək də erməni xislətidir

post-img

Azərbaycan Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti Ermənistan tərəfindən saxlanılan Azərbaycan hərbi qulluqçusuna qarşı işgəncə və qeyri-insani rəftarı pisləməyə çağırıb.

Hayların xislətinə yaxından bələd ol­saq da, xüsusilə Birinci Qarabağ mühari­bəsi dövründə onlardan hər cür rəzaləti, insanlıqla bir araya sığmayan vəhşiliyi görsək də, indi, atəşkəs şəraitində du­manda yolunu azaraq qarşı tərəfə keç­miş, onlara bir güllə belə atmayan gənc əsgərimiz Hüseyn Axundovu vəhşicəsinə döymələrini hansı əxlaq və hüquq meya­rı ilə ölçmək olar? Bu vəhşi rəftarın, belə heyvani davranışın bir adı var – erməni faşizmi! Nə etməli, bizə də belə qonşu qismət olub. 

Dünyadan Ermənistana təpki gözləyirik

“Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sər­həd ərazisində əlverişsiz hava şəraitin­də məhdud görmə səbəbindən azaraq itkin düşən Azərbaycan Ordusunun 2 əsgəri Ermənistan tərəfindən saxlanılıb. Onlar şiddətli şəkildə döyülüb və işgən­cələrə məruz qalıblar. Bu cür pis rəftar, tamamilə qəbuledilməzdir və beynəlxalq səviyyədə pislənməlidir”. Bu açıqlamanı XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb. 

XİN rəsmisi “beynəlxalq ictimaiyyəti Ermənistan tərəfindən saxlanılan Azər­baycan hərbi qulluqçusuna qarşı işgəncə və qeyri-insani rəftarı pisləməyə çağırıb”. 

Oxucuların nəzərinə çatdıraq ki, Azərbaycan Ordusunun iki əsgəri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu bir neçə gün əv­vəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraiti səbə­bindən yolu azaraq itkin düşüblər. Dünən Ermənistan Müdafiə Nazirliyi Azərbay­can əsgərlərinin saxlandığını etiraf edib. Bundan əvvəl isə sosial şəbəkələrdə, erməni mediasında əsir götürülən hərb­çimizin döyülməsi, ona ağır işgəncə ve­rilməsi ilə bağlı video-görüntülər yayılıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissi­yası Azərbaycan Ordusunun itkin düşən iki əsgəri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib. 

Beşikdən beyinlərini türk millətinə nifrətlə yuduqları körpə dığaların böyü­yüb qana susamış daşnaka çevrildiyi şü­bhəsizdir. Amma onların içində nifrətdən yoğrulmuş qəddarlığın, bəşər övladına xas olmayan heyvani vəhşiliyin dərəcə­sinə, miqyasına heyrət etməmək müm­kün deyil. Yadımıza böyük yazıçımız, rəhmətlik Mirzə İbrahimovun 1989-cu ildə, Qarabağ münaqişəsinin təzə-təzə körükləndirildiyi vaxt Kremldə, Sov.İKP MK-nın xüsusi sessiyasında erməni daş­naklarının ünvanına dediyi sözlər düşür: “Tanrı bəndəsini cəzalandırmaq istəyən­də, əvvəlcə onun ağlını əlindən alır. İndi O, bu ermənilərin hamısını ağıldan məh­rum edib”. Müdrik söz adamı o zaman sözün düzünü deyib. Əlavə nə deyəsən ki?.. 

“Xalq qəzeti”

Siyasət