Dünya ermənilərin ekoloji terroruna hələ də göz yumur

post-img

Ekoaksiyanın gündəliyi

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yataqların qanunsuz istismarına etiraz olaraq ekofəallarımızın başladığı aksiyanın 120 günü də tamam oldu. Ötən günlər də avtomobil yolunun aksiyanın keçirildiyi ərazisindən hərəkətin sərbəstliyinin tam təmin edilməsi ilə bağlı hesabat öz əksini tapdı. 

Ötən aylar ərzində aksiyanın getdik­cə mütəşəkkil hal alması etirazçıların torpaqlarımızda qanunsuz istismarın dayandırılması tələbində nə qədər israr­lı olduğunu bir daha sübut edir. Erməni tərəfi də ötən günlər ərzində Rusiya sülh­məramlılarının Laçın–Xankəndi marşrutu üzrə humanitar yük daşıyan avtomobil karvanını müşayiət etdikləri barədə mə­lumat yayıb. Onu da vurğulamaq lazımdır ki, aksiyanın keçirildiyi ərazidə həmişə­ki kimi, qanun pozuntusu ilə bağlı heç bir qeydə rast gəlinmir. Yəni, düşmə­nin Laçın–Xankəndi yolunun humanitar məqsədlər üçün açıq olmasını dolayısı ilə də olsa, etiraf etməkdən başqa çarəsi qalmayıb.

Amma bütün bunlara baxmayaraq, riyakarlığını davam etdirən erməni se­paratçıları avtomobil yolunda ekofəalla­rımızın keçirdiyi aksiyaya blokada deyib xaricə yalan informasiya ötürməyi da­vam etdirirlər. Elə bu günlərdə Ermənis­tan mətbuatının Avropa Komissiyasının rəhbəri Ursula Von der Leyenin Laçın dəhlizinin “blokada”sı ilə bağlı fikirlərini geniş tirajlaması təsadüfi deyil. Erməni tərəfi məktubu geniş yaymaqla ekoak­siyaçılarımızın haqlı tələblərinin üzərinə kölgə salmağa cəhd edir. Məlumatda bildirilir ki, yanvar ayında qondarma “Art­sax Qadınları Artsaxın Gələcəyi Naminə” təşkilatının üzvlərinin Laçın dəhlizinin “blokada”sının açılması ilə bağlı mək­tub-petisiyasına Avropa Komissiyasının rəhbəri Ursula Von der Leyen cavab verib. Cavab məktubunda aksiyanın ke­çirildiyi ərazidə hərəkətin məhdudlaşdırıl­masının yerli əhaliyə “ciddi narahatlıq və humanitar problemlər” yaratdığı bildirilir. Təbii ki, bəzi təşkilatların ikili standartları­na dünya artıq vərdiş edib. Ən maraqlısı isə belə qurumlar tərəfindən ermənilərin humanitar “faciə” adlandırdıqları by “blo­kada”nın yerli əhaliyə yaratdığı problem­lə bağlı heç bir ciddi arqumentin olmama­sının qulaqardına vurulmasıdır. 

Ermənistanın Azərbaycan ərazilərin­də davamlı ekoloji terror törətməsi faktları isə yetərincədir və bu davam edir. İki gün bundan əvvəl Zəngəzur mis-molibden zavodu ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükə yaratması səbəbindən fəaliyyətini yenidən dayandırıb. Şirkə­tin bəyanatında qeyd olunur ki, elektrik enerjisində fasilələrə görə, zavoddan zəhərli tullantıların axını baş verib. Əs­lində, zavodun çox zərərli tullantılarının Oxçuçayı təhlükəli həddə çirkləndirməsi, çay hövzəsinin flora və faunasının məhv edilməsi Azərbaycanda geniş rezonans doğuraraq ictimai narazılıq yaradıb. Er­mənilərin ekoloji terroruna göz yuman bəzi beynəlxalq təşkilatlar isə bütün bun­ları sanki görmür və eşitmir. 

Buna görə də, ekoloji fəallarımız regi­onun nadir bitki və heyvanat aləminə zi­yan vuran fəaliyyətlə bağlı etiraz aksiya­sını məqsədlərinə nail olanadək davam etdirməkdə israrlıdırlar. 

L.QURBANOVA, “Xalq qəzeti”

Siyasət