Fransua Burqat: Fransa cəmiyyəti dövlət islamofobiyasına doğru gedir

post-img

Fransa artıq xristian cəmiyyət deyil, ora xristianlıqdan azad edilən cəmiyyətdir. Fransada siz öz inancınıza məxsus hansısa atributla gəzsəniz, bu, qeyri-qanuni hesab olunacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri politoloq və ərəbşünas, Elmi Araşdırmalar üzrə Fransa Milli Mərkəzində fəxri baş elmi işçi Fransua Burqat “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində “Fransada islamafobiya” adlı aralıq sessiyada deyib.

O bildirib ki, Fransada olan islamofobiyanın digər bir səbəbi "Fransa üslublu dünyəvilik”dir.

“Fransa cəmiyyəti dövlət islamofobiyasına doğru gedir. On il əvvəl müsəlmanlarla bağlı kiçik bir mübahisə olardısa, o kriminallaşdırılardı. Artıq Fransa hökuməti hərəkətləri yox, düşüncələri kriminallaşdırır. Müsəlman vətəndaşların fikirləri kriminallaşdırılır”, - deyə politoloq əlavə edib.

 

f2.jpg

Siyasət