Emin Əmrullayev: Qaxda açılan STEAM mərkəzi Azərbaycan ilə Gürcüstan arasında dostluğun bir nümunəsidir

post-img

Azərbaycanın artıq müxtəlif şəhər və rayonlarında STEAM mərkəzləri açılıb. Qaxda açılan Mərkəz növbəti mərhələdir. Mərkəzin açılışını Gürcüstanın təhsil və elm naziri ilə birgə etdik. Çünki Qax etnik mənsubiyyətin müxtəlifliyi ilə seçilən rayondur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev söyləyib.

Mərkəzdə azərbaycanlılarla yanaşı, gürcülərin və digər etnik qrupların uşaqlarının bir yerdə çalışacaqlarını vurğulayan nazir deyib: “Bu Mərkəzin açılışı hər iki ölkə arasında dostluğun bir nümunəsidir. Təbii ki, Azərbaycanda da STEAM təhsili üçün irəliyə doğru addımdır”.

Son xəbərlər