Ekofəalların mübarizəsi vətəndaşlıq savaşıdır

post-img

Ermənistan Azərbaycanın sülhlə bağlı irəli sürdüyü humanist şərtlərə əməl etməkdən boyun qaçırmaqda davam edir.

Rəsmi İrəvan həyasızcasına aksi­yaların Azərbaycanın siyasi hakimiyyəti tərəfindən təşkil olunduğunu, yolun blo­kadaya alındığını və bölgədəki erməni əhalisinin humanitar böhran yaşadığını iddia edir. Reallıqda qarşı tərəfin səs­ləndirdiyi iddiaların heç bir əsası yox­dur. Bu aksiyalar ermənilərin Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət apardığı Azərbaycan ərazilərin­də yerləşən faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı, sərvətlərimizin talanması, ekologiyaya ziyan vurulma­sı ilə əlaqədar keçirilir. Aksiya iştirakçı­ları vətəndaş mövqeyi ortaya qoyaraq, qeyri-qanuni fəaliyyətlərin dayandırılma­sını tələb edirlər.

Məsələ ilə əlaqədar Xarici işlər na­ziri Ceyhun Bayramov BMT Baş kati­binə ünvanlandığı məktubda bildirir ki, Laçın yolu ilə hərəkətin heç bir nəzarət olmadan həyata keçirilməsi qeyri-müm­kündür. Bir qrup azərbaycanlı ekofəa­lın Xankəndi–Laçın yolunda keçirdiyi etiraz aksiyasının, guya, “Azərbaycan hökuməti tərəfindən təşkil olunduğu” və “Azərbaycanın təbii qazın və digər kom­munal xidmətlərin verilməsinə mane ol­duğu” barədə Ermənistanın iki əsas id­diasının Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən rədd edilməsi faktı məktubda diqqətə çatdırılır.

Bu qərar bir daha sübut edib ki, Azər­baycan hökuməti vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın yolunda etiraz aksiyası ilə bağlı heç bir məsuliyyət da­şımır və onların legitim etiraz hüquqları­nın qarşısının alınmasına məcbur edilə bilməz. Bununla yanaşı, məhkəmə Er­mənistanın yoldan “azad istifadə” etmə tələbini dəyişdirməklə, əslində, Laçın yolundan hərbi və iqtisadi məqsədlər üçün sui-istifadə edilməsinə qarşı oldu­ğunu diqqətə çatdırıb. 

Məktubda ermənilərin Laçın yo­lundan sui-istifadə halları diqqətə çat­dırılır və Azərbaycanın səlahiyyətləri çərçivəsində yoldan istifadənin təhlükə­sizliyinə zəmanət verdiyi nə Azərbay­can hökumətinin, nə də etirazçıların yolda hərəkətə maneçilik törətmədikləri vurğulanır. Məktubda, həmçinin Bey­nəlxalq Qızıl Xaç Komitəsinin və Rusiya sülhməramlı kontingentinin humanitar təyinatlı avtomobillərinin keçidi barədə məlumat təqdim edilir. Qeyd olunur ki, avtomobillərin yoldan istifadəsinin “blo­kada” və “gərgin humanitar böhran” və­ziyyəti barədə iddiaların əsassız olduğu bildirilir.

Laçın yolundan istifadənin qanuni və şəffaf olması, yoldan sui-istifadə halla­rına yol verilməməsi, bu səylərin tərkib hissəsi kimi, Laçın yolunun başlanğıcın­da sərhəd-nəzarət keçid məntəqəsi ya­radılması təklifi məktubda xüsusi olaraq vurğulanır. Ermənistanın bu təklifdən heç bir əsas gətirmədən imtina etmə­sinin İrəvanın Laçın yolunda şəffaflıqda maraqlı olmadığını və sui-istifadə halla­rını davam etdirmək niyyətinin göstərici­si olduğu diqqətə çatdırılır.

Dünyanın aparıcı KİV-i də erməni yalanlarını ifşa edir, Laçın–Xankəndi yolunda etiraz edən azərbaycanlıların tələblərinin yerinə yetirilməsinin bey­nəlxalq hüququn prinsiplərinə uyğun ol­duğunu yazırlar. Beynəlxalq ictimaiyyət məsələnin mahiyyətindən xəbərdardır, ermənilərin məkrli planlarından əl çək­məsini tələb edir.

 

Nihat ƏLİYEV,

politoloq-iqtisadçı:

– Gənclər gecə-gündüz qara, ço­vğuna məhəl qoymadan Laçın yolun­da ölkəmizin milli maraqları naminə ayaqdadırlar. 2020-ci ildə Vətən mü­haribəsində xalqımıza Böyük Zəfər qazandıran Azərbaycan gəncləri indi də suverenliyimizin tam bərqərar ol­ması üçün dinc aksiyaları ilə müba­rizələrini davam etdirirlər. 

Cənab İlham Əliyevin hakimiyyəti dövründə yetişən gənclik Vətən mü­haribəsində hansı qəhrəmanlıq nü­mayiş etdirdisə, bu gün də missiyasını qəhrəmanlıqla davam etdirməkdədir. Belə gəncliklə bütün xalqımızın fəxr etməsi labüddür. Hansı ki, Prezident İlham Əliyev də o gəncliklə fəxr etdiyi­ni dəfələrlə çıxışlarında bildirib. Xalqı­mız da Azərbaycan gəncliyinə güvənir, onunla fəxr edir. Əlbəttə ki, yetişmək­də olan nəsil bu diqqətdən stimul, güc alaraq apardığı haqq mübarizəsində öz əzmini, iradəsini nümayiş etdirir.

Aksiya başladığı gündən Qaraba­ğımıza erməni separatçıları qeyri-qa­nuni yükləri daşıya bilmirlər. Bütün dünya bir daha gördü ki, Azərbaycan insanı öz haqlarının, hüquqlarının tələbində israrlıdır, ərazilərinin talan edilməsinə əsla imkan verməyəcək. Bu aksiya ilə Azərbaycan bir çox siya­si dvidendlər də əldə etmiş oldu.

Gəncliyin mübarizəsinin öz nəti­cəsini verdiyini indidən proqnozlaş­dırmaq olar: Tələblər yerinə yetirilə­cək, ərazilərimizdə ekoloji terrora son qoyulacaq, Qarabağa qanunsuz yüklərin daşınmasının qarşısı alına­caq. Bunun necə baş verəcəyi də çox sadədir: Azərbaycan öz sərhədində nəzarət-buraxılış məntəqələri, göm­rük postları qoyacaq. Əlbəttə, müba­rizənin tam qələbə ilə bitəcəyi gün uzaqda deyil.

 

Rizvan FİKRƏTOĞLU, “Xalq qəzeti”

Siyasət