İranın Nizami qısqanclığı – böyük şairi də buxovlamaq?

post-img

İranın Nizami Gəncəvi ilə bağlı qısqanclığını Azərbaycana qarşı anti-təbliğat ritorikasına əlavə etməsi, ilk baxışdan, o qədər təəccüblü sayılmamalıdır. Zaman-zaman bu kimi halların şahidi olmuşuq. Görünür, qismətimizdə dahi şairin adını daşıyan Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin təşkilatçılığı ilə keçirilmiş X Qlobal Bakı Forumuna qısqanclığı görmək də var imiş. 

Böyük ehtimalla, qısqanclıq həm də ondan irəli gəlir ki, belə bir mötəbər təd­birdə İranın, az qala, din qardaşı səviy­yəsinə qaldırdığı Ermənistan əleyhinə fi­kirlər səsləndi. Nizami fars molla rejiminin nəzərində, bu rejimin düz əməlli təsəvvür edə bilmədiyi ucalıqdırsa, görünür, o uca­lıqdan İrəvana münasibətdə əks düşün­cələrin söylənməsi saqqallı teokratlarda qıcıq doğurub. Neynəsinlər, Ermənistana görə əsirlər, ölkənin qayğısına qalırlar və qorxurlar ki, obrazlı desək, erməni mil­lətçiliyi Nizami ucalığının tərənnüm edil­diyi tribunadan yerə düşüb param-parça olar. Rejimə bu anarxizmi ayaqda tutmaq lazımdır axı! Mollalar başqa cür fikirləşə bilməyəcək qədər qısırdırlar! 

Başa düşə bilmirlər ki, Nizami Gəncə­vi adına Beynəlxalq Mərkəzin qarşısına qoyduğu məqsədlər şairin daşıyıcısı və öz yaradıcılığı ilə fəal təbliğatçısı olduğu humanizmə, insani dəyərlərə söykənir. Ermənistan isə bu dəyərlərə qənim kəsil­miş qövmün daşıyıcılarının dövlət adı ilə bir araya gəldiyi sınıq mexanizmdir. Ha­zırda İran siyasəti o mexanizmin salxaq çarxları altında qalıb məhv olmaqdadır. Mollalar bunun fərqində deyillər. Heç ol­masınlar və acı sonluqlarını gətirməkdə davamlı olsunlar. Biz də erməni vandal­lığının bəşəri dəyərlərə düşmən kəsilmiş qatlarını ifşa etməkdə qətiyyətli olacağıq. Bu qətiyyət həm də Nizami ruhuna ehti­ramımızdır. 

Bəli, mollalar onu da başa düşə bilmir­lər ki, Nizami adına iddialılıq onun irsinin dərindən təbliğinə yönəlib. O irsin mənim­sənilməsi isə hazırkı İran dövlətinin yoxlu­ğudur. Axı Nizami irsi terrordan, zülmdən, təfriqədən, məzhəbçilikdən uzaqdır, ilahi mahiyyət daşıyan misilsiz incidir. Möv­cud rakursdan yanaşsaq, başa düşmək olmur ki, klerikalların mütərəqqi dəyərlər nəyinə lazımdır? Onsuz da ona riayət et­mirlər. Müqəddəs İslam dininin ehkamla­rına riayət etmədikləri, dünyada dinimizə hər cür ləkələrin salınmasına, çamurla­rın atılmasına rəvac verən hərəkətlərə yol verdikləri kimi. Hərçənd, Nizami irsi mollalara bəlkə də lazımdır. Onlar bütün mütərəqqi amallarla olduğu kimi, Nizami böyüklüyü ilə də manipulyasiya istəyinə düşə bilərlər. Axı bu manipulyasiya onla­rın mahiyyətindən irəli gələn dayazlıqdır. 

İranın fars rejiminə Nizami zirvəsinə iddia etmək həmin zirvədən qonşularına baxmaq üçün lazımdır. Söhbət yuxarıdan aşağı baxmaqdan, xudbinlikdən, ədəbaz­lıqdan gedir. Nəzərə alaq ki, rejim ucalığı yalnız belə yarıtmazlıqlar naminə arzu­lamaq qabiliyyətindədir. Onu da nəzərə alaq ki, özündə malik olmayan nəyəsə iddia etmək ağır xəstəlikdir, psixi pozuntu halıdır. Təəssüf ki, alın yazımızda iki belə qonşu ilə əhatə olunmaq qisməti var. Biri Ermənistan, o biri İran. 

Bəli, İranın Nizami iddiası psixi po­zuntu halının təzahüründən başqa bir şey deyil. Əgər İslam respublikası, həqiqətən, böyük söz dühasına hörmətlə yanaşmağı prioritet seçsəydi, onun adını özünün an­ti-Azərbaycan ritorikasına daxil etməzdi. Axı Azərbaycan Nizamini yüksək tutmaq­la məşğuldur. Gözəl iş görür. Buna qarşı niyə əks mövqe tutulsun ki? 

Nizami Allah sevgisinin ilahiləşmiş bədii təyinat ümmanıdır. Bakıda ənənəvi olaraq keçirilməkdə olan forumlarda bu­nun təşviqatı aparılmaqla dünya düzə­ninə münasibət ortaya qoyulur, sülh, barış çağırışları edilir. Belə yanaşmaya münasibətdə əks mövqe ortaya qoymaq yalnız iblisanə təfəkkürün zay məhsulu ola bilər.

Nəhayət, Nizami yaradıcılığı Azər­baycanın, Azərbaycan türkünün mənəvi düşüncə saflığının bariz təzahürü olmaq­la yanaşı, eyni zamanda bəşəriyyətin nəhəng mirasıdır. Azərbaycan onun adını dünyaya çatdırır, onu dünya klassik ədə­biyyatının incisi kimi tanıdır. Bəs, İran? Ölkə indiyədək Nizamini beynəlxalq miq­yasda təbliğ edibmi? Xeyr! Dahi şairin ya­radıcılığının humanizm qavramı ilə bağlı hər hansı iş görübmü? Əlbəttə, yox. Çün­ki bu işlərin həyata keçirilməsi üçün Niza­mini duymaq, hiss etmək vacibdir. Molla­ların duyduqları təxribatdır, pislikdir...

Bu qənaətə gəlirik ki, bütün mütərəqqi­liklərə düşmən kəsilmiş fars molla rejimi dahi şairi də, belə demək mümkünsə, buxovlanmış görməkdən həzz almaq istəyir. İranda yaşayan xalqları buxovla­maqdan, onları zülmə və istibdada məh­rum etməkdən həzz aldığı kimi. 

İranın bütün cəhdləri mənasızdır, səmərəsizdir. Vurğuladığımız kimi, Niza­mi Gəncəvi adına Mərkəz dünyada böyük fikir dühasını Azərbaycan xalqının mənə­vi sərvəti olaraq çox uğurla təqdim və təb­liğ etməkdədir. Prezident İlham Əliyevin isə X Qlobal Bakı Forumunda dediyi kimi, Nizami müdrikliyi və istedadı Azərbay­can xalqının istedadının və müdrikliyinin təcəssümüdür. Nizami xalqımızın dünya mədəniyyətinə, ədəbiyyatına, söz və fikir aləminə bəxş etdiyi sərvətdir. Bu sərvət xalqımızın böyüklüyünü daim vurğula­yacaqdır. Azərbaycan həmişə zirvələrdə olacaqdır. Buna inşallah deyib, xeyir-du­amızı imzamızla təsdiqləyirik.

 

AMİN

 

Siyasət