Konqo Prezidentinin Makrona “soyqırımı” şapalağı

post-img

Fransa Prezidenti Emmanuel Makronun Afrika turunda siyasi qalmaqal baş verib. Məsələyə dünya mediası həssas yanaşıb. Belə ki, Makron Konqoda olarkən, ölkə Prezidenti Feliks Tşisekedi ilə mübahisə edib. Olay prezidentlərin birgə mətbuat konfransında yaşanıb. 

Konqonun dövlət başçısı Makro­na Fransanın 1994-cü ildə bu ölkədəki soyqırımında iştirakını xatırladıb və Pa­risin respublikada təhlükəsizliyin bərpa­sına necə kömək edəcəyini soruşub. Buna cavab olaraq Fransa lideri, belə demək mümkünsə, söz savaşına keçib. Makron məsələdən yayınaraq, təhlükə­sizliyin təminatında məsuliyyətin yerli hakimiyyət orqanlarının üzərinə düşdü­yünü vurğulayıb, eyni zamanda, iğtişaş­lara yol verməkdə onları ittiham edib:

“1994-cü ildən sonra və bu, üzr istə­yirəm, Fransanın günahı deyil, mən sərt deyəcəyəm: siz öz ölkənizdə suverenlik yarada bilmədiniz. Nə dövlət səviyyəsin­də, nə də hərbi baxımdan. Bu reallıqdır. Başqasını günahlandırmağa ehtiyac yoxdur. Bu vəziyyət dəhşətli nəticələrə, ikinci müharibədə isə minlərlə insanın qurban getməsinə səbəb oldu. Fran­saya aid edilə biləcək məsuliyyəti rədd edirəm. Mən həqiqətin tərəfdarıyam, tam həqiqətin tərəfdarıyam. Bütün bu yükü öz üzərimə götürməkdən imtina edirəm. Fransa sizi “yaxşı” etməyə borc­lu deyil, bu, sizin vəzifənizdir – asayişi qorumaq, cinayətkarları mühakimə et­mək... Ona görə də Fransanı özünüzə aid olan məsələdə günahlandırmağı düzgün hesab etmirəm”.

 

R.AMİN

Siyasət